AccessBank qadın sahibkarlar üçün ödənişsiz proqrama yenidən start verir

AccessBank qadın sahibkarlar üçün ödənişsiz proqrama yenidən start verir®Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank qadın sahibkarlar üçün biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı təlim proqramına yenidən başlayır. AccessBank-ın bu təşəbbüsü Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilir və mikro, kiçik və orta biznesləri idarə edən sahibkar xanımları dəstəkləmək məqsədi daşıyır.
Proqram haqqında: Proqram nəzəri və praktiki təlimlərdən ibarətdir və biznes təcrübəsi olan xanımlar üçün nəzərdə tutulub. Biznesin əsas elementlərini əhatə edən proqram iştirakçılar və təlimçilər arasında effektiv kommunikasiya üçün platforma rolunda çıxış edir.
İştirakçılar proqramdan nə əldə edəcəklər: Proqram sahibkarlara nəzəri biliklərlə yanaşı, biznes fəaliyyətlərində praktiki olaraq istifadə edəcəkləri bilik və bacarıqlar da təqdim edəcək. Təlim proqramı sayəsində iştirakçılar bizneslərinin inkişafı üçün fəaliyyət planı qura biləcəklər. Bundan əlavə, proqramın iştirakçıları bizneslərinin gələcək inkişafı üçün AccessBank-dan xüsusi təkliflər əldə edəcəklər.
Sessiya mövzuları: Sessiyalar biznesin strateji inkişafı, dövlət qurumlarına hesabatların verilməsi, satış və marketinq (o cümlədən rəqəmsal marketinq), elektron ticarət (e-commerce), kadrların idarə edilməsi, biznesə nəzarət və s. kimi mövzuları əhatə edəcək.
Tarixlər: Təlimlər 6 həftə, hər həftənin cümə və şənbə günləri keçiriləcək. Təlimlər Azərbaycan dilində aparılacaq. 
Tələblər: Proqrama ən azı son 6 ay ərzində rəsmi biznes fəaliyyəti olan, mikro, kiçik və orta biznes idarə edən istənilən sahibkar xanım qatıla bilər.
İştirak üçün müraciət: Proqramda iştirak üçün mütləq şəkildə qeydiyyatdan keçmək lazımdır:
Müraciət üçün son tarix: 03.05.2023 
Proqramla bağlı suallarınızı [email protected] elektron ünvanına yaza bilərsiniz. / banker.az

Banklar     Tarix: 25 aprel 2023

Oxşar xəbərlər

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,


iqtisadi xeberler rubl mezenne kripto valyuta kurslari bitcoin qiymeti