AccessBank və AYİB Azərbaycanda özəl sektoru dəstəkləmək məqsədilə birləşdilər

AccessBank və AYİB Azərbaycanda özəl sektoru dəstəkləmək məqsədilə birləşdilər®AccessBank və AZZA arasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Risklərin Bölgüsü Proqramı (Risk Sharing Facility) çərçivəsində ilk uzunmüddətli kredit sazişi imzalanıb. Bu mexanizm AccessBank və AYİB-ə Azərbaycanda kiçik və orta müəssisələri bərabər şəkildə (50/50) maliyyələşdirməyə imkan verir. Birgə əməkdaşlıq biznesin inkişafı üçün yeni imkanların yaradılmasına, investisiya proseslərinin stimullaşdırılmasına və sahibkarlar üçün əlverişli şəraitin formalaşdırılmasına dəstək olacaq.
Müqavilə çərçivəsində AccessBank AZZA şirkətinə yeni müasir istehsal müəssisəsinin tikintisinin başa çatdırılması üçün 14 milyon manat məbləğində kredit və "yaşıl iqtisadiyyatın" inkişafı məqsədilə qrant təqdim edəcək. Bu əməkdaşlıq ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqini sürətləndirməyə və müasir şəraitdə biznesin davamlılığının artırılmasını dəstəkləyəcək.
"AZZA komandasına göstərdiyi sadiqlik və iştirak üçün təşəkkür edirəm. Ümid edirəm ki, gələn il istifadəyə verilməsi nəzərdə tutulan yeni istehsal sahəsi bizim gözləntilərimizi doğruldacaq. AYİB ilə Azərbaycanda özəl sektoru dəstəkləmək məqsədilə bağlanılan razılaşma bizim üçün qürurvericidir. Burada əsas diqqət innovasiyaların tətbiqi, maliyyə resurslarının əlçatanlığı və davamlı inkişaf üçün münbit şəraitin yaradılmasına yönəldilir. Əməkdaşlığımızın mühüm hissələrindən biri də qlobal tendensiyaların bir hissəsinə çevrilən "yaşıl iqtisadiyyat" sahəsində təşəbbüslərin dəstəklənməsidir", – deyə AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri bildirib.
AccessBank, AZZA və AYİB arasında əməkdaşlıq Azərbaycanın özəl sektorunun inkişafına, yeni iş yerlərinin yaradılmasına və ölkədə davamlı iqtisadi artımın dəstəklənməsinə mühüm təsir göstərəcək.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: . 
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank və AYİB Azərbaycanda özəl sektoru dəstəkləmək məqsədilə birləşdilər/ banker.az

Banklar     Tarix: 19 dekabr 2024

Oxşar xəbərlər

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla

Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus

Birbank Taksit kartı istifadəçiləri Sentyabr ayında etdikləri alış-verişlərə görə əlavə 3% bonus qazanırlar. Belə ki, 2–30 sentyabr 2026-cı il tarixlərində keçirilən  kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 50 AZ

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib. Məlumaat görə, yeni departementin direktoru da əvvəlki kim

Bank Respublika-nın və AccessBank-ın səhmdarları mühüm əqdi təsdiqləyiblər

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. -a bankdan verilən məlumata görə

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb

"Kapital Bank" ASC 2026-cı ilin ilk yarısı üzrə işçi heyətinin rüblük dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin yanvarın 1-nə olan məlumata görə bankda


iqtisadi xeberler bank faizleri bitkoin qiymeti biznes xeberleri dollar kursu