AccessBank WEPs seminarında iştirak etdi

AccessBank WEPs seminarında iştirak etdi®Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərini (WEPs) imzalayan şirkətlərin nümayəndələri Tiflisdə bir araya gəlib. Nümayəndələr təmsil etdikləri şirkətlərdə gender bərabərliyi ilə bağlı məsələləri müzakirə ediblər. Sessiya "Men Talking to Men" formatında, yəni yalnız kişi iştirakçılardan ibarət olub. 
AccessBank-ı seminarda Mikro və KOBM üzrə İcraçı Direktor Renat Hümbətov təmsil edib: "AccessBank olaraq, Azərbaycanda mikromaliyyələşdirmə sahəsinin inkişafına xüsusi önəm veririk. Son illər sahibkar qadınların sayının artması həm də sırf kişilərdən ibarət olan mikro və aqro komandamıza yeni qadın əməkdaşlarım cəlbini sürətləndirir. Hazırda az sayda qadın əməkdaşımız olsa da, onlar bu işdə kişilərdən daha fəal və irəlidədirlər. Ümid edirəm ki, qadınlarımız həm sahibkarlıqda, həm də mikromaliyyələşdirmə istiqamətində daha da aktivləşəcək və Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinin daha çox tətbiq olunmasına və effektivliyinin yüksəlməsinə yardımçı olacaqlar."
Qeyd edək ki, BMT-nin Qlobal Sazişi və Qadınlar üzrə Agentliyi tərəfindən hazırlanan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri şirkətləri beynəlxalq əmək və insan hüquqları standartları barədə məlumatlandırır və müəssisələri gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına dəvət edir.  
BMTİP-in Azərbaycanda icra etdiyi "Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması, Mərhələ 2" layihəsinin çərçivəsində hazırda 13 şirkət Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub. AccessBank bu prinsiplərə dəstək olan ilk yerli bankdır. 
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
AccessBank WEPs seminarında iştirak etdi/ banker.az

Banklar     Tarix: 03 oktyabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların al

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

"Ziraat Bank Azərbaycan" enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb

Bank Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə cari ilin aprel ayında imzalanmış strateji əməkdaşlıq müqaviləsi çərçivəsində Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə başlayıb

Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur

"PAŞA Bank"ın hazırda Azərbaycanda hər hansı bankı almaq planı yoxdur. Bunu "PAŞA Bank"ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankın 2026-cı ilin ilk yarısının nəticələrinə həsr olunan mətbua

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə

"Bank of Baku" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 18 sentyabr 2026-cı il saat 10:00-da bankın Baş İdarəsində, Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında keçiriləcək

"PAŞA Bank"ın 6 aylıq mənfəəti yüksəlib: IPO-dan sonra "PAŞA Bank"dan geniş hesabat – Əsas rəqəmlər açıqlandı

"PAŞA Bank" ASC və onun törəmə şirkətini əhatə edən Qrup (PAŞA Bank Azərbaycan, PAŞA Bank Türkiyə və PAŞA Bank Gürcüstan) 2026-cı ilin ilk yarısını 96,5 milyon manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründ

BOKT-un maliyyə nəticələrində güclü artım

BOKT "EMBAFİNANS" QSC 2026-cı ilin ilk 6 ayını (yanvar - iyun) 6 milyon 684,6 min manat xalis mənfəətlə başa vurub. şirkətin baza emissiya prospektinə əlavə edilmiş 2026-cı ilin yanvar-iyun ayları üzrə maliyyə hesabatların


iqtisadi xeberler valyuta mezennesi rubl mezenne dollar məzənnəsi bu gunun xeberleri