Acı həqiqət: ən zənginlərdən kimlər sərvətini ianə etməyə hazır deyil?

Acı həqiqət: ən zənginlərdən kimlər sərvətini ianə etməyə hazır deyil?2010-cu ildə Uorren Baffett və Melinda Qeyts "Bağışlama andı" kampaniyasına başlayıblar. Bu kampaniya müxtəlif ölkələrdən sərvətlərinin böyük hissəsini xeyriyyəçiliyə sərf etməyə hazır olan milyarderləri bir araya gətirmək üçün düşünülüb. Hazırda 236 milyarder "Bağışlama andı" sənədini imzalayıb. Bəs dünyanın ən varlı insanlarından kimlər sərvətini bölüşməyə hazır deyil?
Ceff Bezos həyatı boyu 171 milyard dollarlıq sərvətinin "böyük hissəsini" başqalarına verməyə vəd edib. Ancaq buna baxmayaraq, "Amazon"un qurucusu "Bağışlama andı"nı imzalamaq barədə heç nə demir.
2010-cu ildə Bill Qeyts və Uorren Baffett tərəfindən başladılan kampaniyanın məqsədi cəmiyyətin bütün təbəqələrindən olan milyarderləri həyatları boyu sərvətlərinin ən azı yarısını xeyriyyəçiliyə sərf etməyə təşviq etməkdir. Xüsusilə diqqətəlayiqdir ki, təşəbbüsdə iştirak milyarderləri heç nəyə məcbur etmir: layihənin yaradıcıları bunu "mənəvi öhdəlik" adlandırırlar. Hazırda sənədi 236 milyarder, o cümlədən Qeyts və Baffettin özləri, İlon Mask və Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott imzalayıb.
Qeyd edək ki, müqayisədə nisbətən zəif xeyriyyəçilik fəaliyyətinə görə illərdir tənqid edilən Bezos "Bağışlama andı" təşəbbüsünə qoşulmayan yeganə milyarder deyil. Budur ki, sizə sözügedən layihəni imzalamayan milyarderlərin xeyriyyə fəaliyyətlərindən bəhs edəcəyik.
Acı həqiqət: ən zənginlərdən kimlər sərvətini ianə etməyə hazır deyil?Bernar Arno
Sərvəti: $158 milyard
Bernar Arno – lüks mallar satan LVMH konqlomeratının həmtəsisçisi və baş direktorudur. O, dünyanın üçüncü ən zəngin adamıdır. Arno "Bağışlama andı"nı imzalamayıb və bu barədə ictimaiyyətə heç bir açıqlama verməyib. Ümumiyyətlə, milyarderin xeyriyyəyə nə qədər vəsait xərclədiyi məlum deyil.
Buna baxmayaraq, LVMH açıqlama verib. Şirkət 2019-cu ildə baş vermiş dağıdıcı yanğından sonra "Notre-Dame de Paris" tikilinin bərpasına kömək etmək üçün Arno ailəsinin 226 milyon dollar bağışladığını vurğulayır.
Acı həqiqət: ən zənginlərdən kimlər sərvətini ianə etməyə hazır deyil?Quatam Adani
Sərvəti: $90 milyard
Quatam Adani Hindistanın ən böyük sənaye konqlomeratlarından biri olan "Adani Group"un idarə heyətinin sədri və təsisçisidir. "Forbes" jurnalına görə o, dünyanın 11-ci ən varlı adamıdır. Keçən il ərzində Adaninin aktiv dəyəri olduqca yüksək olub, çünki onun şirkəti hasilat və nəqliyyat bazarına daxil olmaq üçün bir sıra yeni müəssisələr əldə edib.
Bundan əlavə, sahibkar xeyriyyəçilik fəaliyyətinin miqyasını artırıb. İyun ayında o, Hindistanda təhsil və səhiyyə proqramları kimi sosial layihələri dəstəkləyən Adani Fonduna 7.7 milyard dollar bağışlayıb.
Acı həqiqət: ən zənginlərdən kimlər sərvətini ianə etməyə hazır deyil?Ceff Bezos
Sərvəti: $171
"Forbes"in hesablamalarına görə, Bezos həyatı boyu 2.4 milyard dollardan çox ianə edib. O, həmçinin qeyri-kommersiya iqlim dəyişikliyi fondu olan "Bezos Earth Fund" vasitəsilə ümumilikdə 10 milyard dollar bağışlamağı vəd edib.
Bununla belə, milyarder illərdir ki, "Bağışlama andı" ilə bağlı suallardan yayınır, xüsusən də keçmiş həyat yoldaşı Makkenzi Skott 2019-cu ildə boşandıqdan qısa müddət sonra.
Bu müddət ərzində o, bütün Amerikadakı xeyriyyə fondlarının demək olar ki, əsas sevimlisinə çevrilməyi bacarıb. Bezosun tənqidçiləri isə ondan nəhəng sərvətini xeyriyyə layihələrinə necə paylamaq niyyətində olduğuna dair daha konkret açıqlama gözləyirlər.
Acı həqiqət: ən zənginlərdən kimlər sərvətini ianə etməyə hazır deyil?Larri Peyc
Sərvəti: $111 milyard
2014-cü ildə "Google"un həmtəsisçisi Larri Peyc bütün pulu uşaqlarına buraxmaq fikrində olmadığını demişdi. Eyni zamanda, o, öz var-dövlətini xeyriyyəçiliyə vermək istəyini də ifadə etməyib. Lakin TED platformasına müsahibə verən milyarder etiraf edib ki, pulunun əsas hissəsini cəsarətli ideyaları və dünyanı yaxşılığa doğru dəyişmək arzusu ilə sahibkarlara vermək istəyir. Sonra Peyc İlon Maskı misal çəkib: "O, Marsa uçmaq istəyir. Bu, layiqli məqsəddir".
2019-cu ildə "Vox" nəşriyyatı yazmışdı ki, Peyc 2004-cü ildən bəri öz xeyriyyə fonduna 2 milyard dollardan çox ianə edib. Bu pulun böyük əksəriyyəti tənqidçilərin vergi güzəştlərinin təmin edilməsi üçün istifadə oluna biləcəyi donorların maliyyələşdirilməsi fondlarına yatırılıb.
Acı həqiqət: ən zənginlərdən kimlər sərvətini ianə etməyə hazır deyil?Mukeş Ambani
Sərvəti: $90.7 milyard
Dünyanın 10-cu ən varlı adamı Mukeş Ambani Hindistanın ən bahalı şirkəti olan "Reliance Industries"in enerji və telekommunikasiya holdinqinin direktorlar şurasının sədridir.
Bir sıra mənbələrə görə, 2022-ci il ərzində iş adamı xeyriyyə təşəbbüslərinə 50 milyon dollardan çox vəsait ayırıb.
2010-cu ildə Ambani bu gün Hindistanda ən böyük qeyri-kommersiya təşkilatlarından birinə çevrilmiş "Reliance Foundation" fondunu təsis edib. Assosiasiyanın saytında yer alan məlumata görə, fond şəhərətrafı ərazilərdə tibbi xidmətin göstərilməsi və kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması layihələri, eləcə də təhsil sahəsində qrantların verilməsi üzrə ixtisaslaşmışdır.
Acı həqiqət: ən zənginlərdən kimlər sərvətini ianə etməyə hazır deyil?Stiv Balmer
Sərvəti: $91.4 milyard
"Bağışlama andı"nı imzalayanlar arasında Stiv Balmerin olmaması bəziləri təəccübləndirə bilər, çünki vaxtı ilə o, "Microsoft" işçilərindən biri olub və Bill Qeytsin sağ əli vəzifəsinə qədər yüksəlib. İndinin özündə də Balmerin sərvətinin əsas hissəsi onun "Microsoft" biznesindəki 4% payından gəlir.
Ancaq bir gün Balmer deyib ki, 2014-cü ildə şirkətdən ayrıldıqdan sonra Qeytsdən uzaqlaşıb və bu, milyarderin bu təşəbbüsə niyə qoşulmadığını izah edir. Bu gün Balmer NBA komandasının sədri vəzifəsini icra edir.
Acı həqiqət: ən zənginlərdən kimlər sərvətini ianə etməyə hazır deyil?Sergey Brin
Sərvəti: $107 milyard
Digər "Google" həmtəsisçisi Larri Peyc kimi Sergey Brin də "Bağışlama andı"nı imzalamayıb. O, dünyanın ən zəngin adamları arasında yeddinci yeri tutur, lakin ictimai sahədə heç vaxt bu təşəbbüsü müzakirə etməyib və həyatı boyu xeyriyyəçiliyə nə qədər pul verməyi planlaşdırdığını açıqlamayıb.
Brin keçmişdə müxtəlif layihələrə pul bağışlayıb. Onlara qızlara elm, texnologiya, mühəndislik və riyaziyyatı öyrətməyə həsr olunmuş qeyri-kommersiya təşkilatı olan "Girls Who Code"un maliyyələşdirilməsi daxildir.
2009-cu ildə Brin həmçinin uşaq ikən ailəsinin Sovet İttifaqından qaçmasına və ABŞ-a mühacirət etməsinə kömək edən Yəhudi İmmiqrant Yardım Cəmiyyətinə 1 milyon dollar bağışlayıb. / banker.az

Maraqlı     Tarix: 02 dekabr 2022

Oxşar xəbərlər

Çin beyinlə kompüter arasında əlaqə yaradan dünyanın ilk invaziv çipini təsdiqləyib — bundan sonra nə olacaq?

Ölkə beyin implantları sahəsində dünya liderinə çevrilməyə çalışır. Güclü dövlət dəstəyinin bu prosesi sürətləndirəcəyi gözlənilir. Ötən ilin oktyabrında bir gün Çinin Henan əyalətindəki evinin həyətində oturan Dun Huey nəs

"Uğur istedad deyil, vərdişlər toplusudur": hazırda bütün dünyanın danışdığı kitabdan 8 qayda

Məşhur terapevt və motivasiya kouçu Marisa Pirin yeni kitabı artıq Böyük Britaniyada bestsellerə çevrilib. Müəllif illərlə olimpiya çempionları, milyarderlər, məşhurlar və top-menecerlərlə işləyib və indi onun sözlərinə görə

Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi

CNN-in mövzuya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Ev inkişaf etmiş imkanları səbəbindən OpenAI-dan GPT-5.6 modelinin yalnız hökumət tərəfindən təsdiqlənmiş məhdud sayda iş ortağına təqdim olunmasını istəyib

ABŞ süni intellekt sahəsində "qalib gəlib" texnologiya yarışını necə uduza bilər?

XXI əsrdə güc təkcə süni intellektdən deyil, dronların, biotexnologiyaların, kvant hesablamalarının və digər qabaqcıl texnologiyaların inkişafından da asılıdır. Üstəlik, nəyisə ixtira etmək bacarığı qədər onu böyük miqyasd

Amerika 300 illiyin astanasında: növbəti yarım əsrdə bəşəriyyəti nə gözləyir?

Ay bazaları, yüz yaşa qədər həyat və nəhayət, uçan avtomobillər. 2076-cı ilə qədər açılacaq gələcək təsəvvür etdiyimizdən xeyli qəribə ola bilər. 1976-cı ilin aprelində, ABŞ-nin iki yüz illiyinin qeyd olunmasına üç ay qalmış

Norveç yol ayrıcında: ölkə hələ də neft və qazdan asılı olan iqtisadiyyatını şaxələndirmək üçün mübarizə aparır

Yaxın Şərqdə müharibə fonunda yanacaq qiymətlərinin artması iqtisadi inkişaf üçün başqa mənbələr axtarmaq stimulunu azaldır. Norveç iqtisadiyyatını neft və qazdan digər mənbələrə keçirməyə getdikcə daha az maraq göstərir

Kevin Kelli: Süni intellekt hiperreal "mən"in ilk qığılcımıdır

Çat-bot hesab edir ki, bəşəriyyət təkbaşına dərk edə biləcəyindən daha çox mürəkkəblik yaratdığı üçün o meydana gəlib. Demək olar ki, hər həftə müxtəlif tanımadığım insanlardan elektron məktublar alıram. Bu mesajlar heyrətami

Çin yenidən öndədir: dünyanın ən sürətli superkompüteri Şençjendə yaradılıb

Şençjendə dünyanın ən sürətli superkompüteri kimi tanınan yeni sistem istifadəyə verilib. Diqqətçəkən məqam budur ki, bu qurğu ixtisaslaşdırılmış qrafik çiplər üzərində deyil, adi mikroprosessorlar əsasında işləyir. Çin uzu

Görüləcək işlər borc deyil, töhfədir: işlərin öhdəsindən gəlməyin zərif yolu

Görüləcək işlər siyahısı seçim edə biləcəyiniz menyudur, davranış elmləri üzrə mütəxəssis Denni Kenni deyir. Bazar günü axşamdır. Qarşıdakı həftə üçün görüləcək işlər siyahıma baxıram və tanış ağırlıq hissi sinəmə çökür


iqtisadi xeberler online pul qazanmaq biznes krediti dollarin kursu bu gun birbank