ADB: "Layihə maliyyələşdirilməsi kreditləri bankların işinə müsbət təsir edəcək"
Azərbaycanda layihə maliyyələşdirilməsi kreditlərinin verilməsi yerli bankların fəaliyyətinə müsbət təsir göstərəcək.
Bunu Asiya İnkişaf Bankının investisiyalar üzrə mütəxəssisi Sənan Şabanov Azərbaycan Mərkəzi Bankının (AMB) bu il oktyabrın 24-də "Layihə maliyyələşdirilməsi kreditlərinin prudensial tənzimlənməsi Qaydası"nı təsdiqləməsini şərh edərkən deyib.
Xatırladaq ki, bu Qayda "Banklar haqqında" qanuna uyğun olaraq, habelə Bank nəzarəti üzrə Bazel Komitəsinin standartları nəzərə alınmaqla hazırlanıb və ölkədə fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında (bundan sonra – banklar) layihə maliyyələşdirilməsi kreditləri üzrə tənzimlənmə çərçivəsini müəyyən edir.
"Layihə maliyyələşdirilməsinin Azərbaycanda tətbiqi çox müsbət haldır və bu, daha çox layihədən gələn gəlirlərin kreditin geri ödənilməsində 75-100% istifadəsini nəzərdə tutur. Şadam ki, bu qaydanı AMB təsdiqləyib", – deyə ADB rəsmisi qeyd edib. / banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Onlayn biznes növləri
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?