"AFB Bank" 2022-ci ili 11 milyon manata yaxın xalis mənfəətlə - BAŞA VURUB

Ölkənin qabaqcıl banklarından olan "AFB Bank" ASC 2022-ci ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank dinamik inkişafını davam etdirərək, 2022-ci ildə xalis mənfəəti 17% artımla başa vurmuşdur. Belə ki, "AFB Bank" ASC ötən il 10 milyon 884 min manat xalis mənfəət əldə edib.
Xalis haqq və komissiya gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 33% artmışdır. Belə ki, Cari ildə xalis faiz gəlirləri üzrə 15.4 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə 7.4 milyon gəlir əldə edilib.
Ötən illə müqayisədə Banka cəlb olunmuş hüquqi şəxslərin sayında 3 dəfəyə yaxın artım müşahidə olmuşdur. 
Fiziki şəxslərin müddətli depozit məbləğ üzrə 5 dəfədən çox artım olmuşdur. Fiziki şəxslər üzrə cəmi depozit portfeli isə 18% artmışdır.
Bankın Korporativ kreditlər üzrə satışında əhəmiyyətli dərəcədə artım olmuşdur, belə ki, hesabat dövrünün ötən il ilə müqaisədə 83% artıq satış edilmişdir.  Eyni zamanda Pərakəndə kreditlər üzrə də 20% artım olmuşdur. 
Qeyd edək ki, bankın məcmu kapitalı 82.5 milyon manat təşkil edir.
Bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, bankın bu göstəricisi 40% təşkil edir. I dərəcəli kapitalın norması isə 5% olsa da, bankda 33%-dən çoxdur.
Ötən il bank kapitalının gəlirliliyi əmsalı (ROE) 10%, Aktivlərin gəlirliliyi əmsalı (ROA) isə 15% artmışdır. Belə ki, 2022-ci ildə ROE 12.9%, ROA isə 3.9% təşkil etmişdir.
AFB Bank, xidmət keyfiyyətinin artırılması məqsədi ilə müxbir əlaqələrini genişləndirərək, ötən il ABŞ-nın "Habib American Bank"-la strateji əməkdaşlığa başlamışdır.
Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, "AFB Bank" hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.
Hazırda "AFB Bank" 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif  bank xidmətlərini təklif edir. / marja.az

Banklar     Tarix: 25 yanvar 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin


iqtisadi xeberler 1000 manatla biznes internetden pul qazanmaq valyuta mezennesi bitcoin