"AFB Bank" 9 ay üzrə maliyyə nəticələrini açıqladı

"AFB Bank" ASC 2025-ci ilin yanvar-sentyabr dövrü (cari ilin 9 ayı) üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, nəticələr bankın dayanıqlı inkişaf xəttini qoruyaraq əsas göstəricilərdə sabit artım nümayiş etdirdiyini göstərir.

Qeyd edilib ki, cari ilin 9 ayı ərzində bankın cəmi aktivləri 10%-dək artaraq 320,4 milyon manata çatıb. Bankın mənfəəti isə əvvəlki dövrə nisbətən 6% artım göstərib. Kredit üzrə faiz gəlirləri 14% artmışdır.
Depozit portfelində güclü artım və müştəri etimadı
Müddətli depozit portfeli 2025-ci ilin əvvəlindən 61% artaraq 53,2 milyon manata yüksəlib. Müştəri etimadının artması nəticəsində bank uzunmüddətli və stabil maliyyə mənbələrini daha da gücləndirdiyini təsdiqləyir.
Kredit portfelində genişlənmə və real sektorun dəstəklənməsi
AFB Bank-ın kredit portfeli 2025-ci ilin 9 ayı ərzində 30%-dək artaraq 232 milyon manata çatıb. Biznes kreditləri üzrə portfel 38% artıb.  Vurğulanıb ki, bu, bankın həm biznes subyektlərinə və sahibkarlara real maliyyə dəstəyini artırdığını və ölkə iqtisadiyyatının maliyyələşdirilməsində rolunu möhkəmləndirdiyini göstərir. Pərakəndə kreditlər üzrə başdan-başa onlayn kreditləşmənin həcmi 50%-i keçmişdir. Bu göstərici, bankın fərdi müştərilərə yönəlmiş rəqəmsal həllərini genişləndirdiyini və pərakəndə seqmentdə müştəri rahatlığını ön planda saxladığını təsdiqləyir.
Strategiyada dəyişiklik
AFB Bank bu il qəbul etdiyi "Transformasiya Strategiyası" çərçivəsində dayanıqlı inkişaf və sürətli böyümə istiqamətində addımlarını gücləndirir. Bank müştəri yönümlü həllərin genişləndirilməsi, rəqəmsal məhsulların təkmilləşdirilməsi və daha əlçatan maliyyə xidmətlərinin təqdim olunması vasitəsilə bazardakı mövqeyini daha da möhkəmləndirir.
İnsan kapitalına investisiya
Bundan əlavə, bank işçi heyətini 50%-dək artırıb. Yeni əməkdaşların cəlb edilməsi bankın fəaliyyət sahələrini genişləndirməyə, xidmət keyfiyyətini yüksəltməyə və innovativ maliyyə məhsullarını daha sürətlə təqdim etməyə imkan verib. İşçi heyətinin artımı həm də bankın korporativ mədəniyyətinə yenilikçi yanaşmalar gətirərək komanda dinamikasını gücləndirib.
Bankın sürətli böyüməsi və işçi heyətinin artımı onun bazarda daha yaxşı mövqe əldə etməsinə xidmət edir və gələcəkdə müştərilərə yüksək səviyyəli xidmət təqdim etmək üçün geniş potensial yaratdığını göstərir.
AFB Bank-a Fitch-dən "B" reytinqi
Xatırladaq ki, Fitch Ratings beynəlxalq reytinq agentliyi AFB Bank-a "B" uzunmüddətli emitent reytinqi (IDR) və "Stabil" proqnoz verib. Reytinq Bankın yaxşı kapitallaşması, yetərli likvidlik ehtiyatları və stabil mənfəətliliyi ilə əsaslandırılıb.
/ marja.az

Banklar     Tarix: 14 oktyabr 2025

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam


iqtisadi xeberler bitkoin almaq dollar manat kursu internetden pul qazanmaq dollar kursu