"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB

2025-ci ildə "AFB Bank" ASC-nin cəmi aktivləri 43,3% artaraq 423 milyon manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş kreditlər) 64,2% artaraq 300,7 milyon manata çatıb. "AFB Bank" bu artım dinamikalarına görə Azərbaycan bankları arasında 1-ci yeri tutub.  
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ötən il "AFB Bank"ın biznes kreditləri portfeli 85,8% artaraq 167 milyon manata, istehlak kreditləri portfeli 198,6% artaraq 65 milyon manata yüksəlib, ipoteka kreditləri portfeli isə 3,7% azalaraq 68,6 milyon manata düşüb.
Bankın borclanmasında da yüksək artımlar qeydə alınıb. Belə ki, əmanətlər 70,2% artaraq 226,4 milyon manata, digər banklar və maliyyə institutları qarşısında öhdəliklər 34,6% artaraq 102,4 milyon manata yüksəlib. Bank kreditləşməni borclanma ilə maliyyələşdirib, digər tərəfdən aktivləri 43% artdığı halda cəmi kapitalı yerində sayıb. Borclanmanın artması faiz xərclərinin də artması deməkdir. Bu xərclər gələcəkdə Bankın gəlirliliyi üçün təzyiq yarada bilər. 
"AFB Bank" ASC-nin aktivlərinin 70%-ə yaxını müştərilərə verilmiş kreditlərdir. Bank faktiki olaraq "tək məhsullu" (kredit yönümlü) balans qurub. Balansda qiymətli kağızlar və digər gəlir gətirən alternativ aktivlər demək olar ki, yoxdur. Bank bütün riskləri kredit portfeli üzərində cəmləyib.
2025-ci ildə "AFB Bank"ın cəmi aktivləri 43%-dən, kredit portfeli 64%-dən çox artdığı halda, əməliyyat mənfəəti geriləyib. Əməliyyat mənfəəti bir ildə 80% azalaraq təxminən 5 milyon manatdan 1 milyon manata düşüb. "AFB Bank" ötən il əldə etdiyi 4 milyon 257 min manat xalis mənfəətin böyük hissəsi də ehtiyatdan azad olan vəsaitin hesabına formalaşıb, yəni birdəfəlik effektdir.
Qısası, 2025-ci ildə "AFB Bank" kəskin böyüyüb, amma qazanc yaratmaq qabiliyyəti zəifləyib; gəlirlərin və mənfəətin artması aktivlərdəki artımı izləyə bilməyib.
Ötən il, "AFB Bank"ın ümumi gəlirləri 17,6% artaraq 36,7 milyon manat təşkil edib. Bankın faiz gəlirləri 16,1%, qeyri-faiz gəlirləri 7,3% artıb. Eyni zamanda, faiz xərcləri 62%-ə yaxın, qeyri-faiz xərcləri 24%-dən çox artıb. Göründüyü kimi, gəlirlərdəki artım tempi aktiv və kreditlərin artım templərindən kəskin geri qalıb, xərcləri bankın ümumi böyümə tempindən daha sürətlə artırıb, üstəlik, xərclərin artım sürəti, gəlirlərin artım sürətini üstələyib.
"AFB Bank"ın banklararası depozitlərdən və qiymətli kağızlardan faiz gəlirləri kəskin azalıb. Bu, bankın diversifikasiya olunmuş gəlir mənbələrindən çıxaraq əsasən kredit riskinə söykəndiyini göstərir. Düzdür cəmi cəmmi faiz gəlirləri 16,1% artıb, artımın əsas mənbəyi müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri olub.
İlk baxışda belə bir mənzərə "AFB Bank"ın böyüməsinin səmərəsiz olduğu və ya əsas biznes modelində problem olduğu barədə suallar yaradır. Əgər xərclərdə artım bu templə davam etsə, "AFB Bank" bu il və növbəti illərdə mənfəət böhranı ilə üzləşə bilər.
"AFB Bank"ın rəhbərliyi ötən ilin rəqəmlərinə aydınlıq gətirib.

"Bu mərhələdə Bankın mənfəətdə qalması belə yaxşı bir göstəricidir"
 "AFB Bank" ASC-nin İdarə Heyətin sədri Amid Qənbərov Marja.az-a bildirib ki, Azərbaycanda qiymətli kağızlar bazarı istənilən səviyyədə olmadığı üçün banklar, o cümlədən "AFB Bank" daha çox kredit məhsullarına üstünlük verir:
"Bilirsiniz ki, qiymətli kağızlar bazarının inkişaf etdirilməsi Mərkəzi Bankın strategiyasında xüsusi yer tutur. Qiymətli kağızlar bazarının geniş inkişaf etməsi digər investorlar kimi banklar üçün də çox vacibdir. Bankımızın portfelində qiymətli kağızlar var -  təşkilatların qiymətli kağızlarına investisiya yatırmışıq, lakin böyük həcmdə deyil. Ölkə daxilində kapital bazarları inkişaf etdikcə, bankların da kapital bazarlarının alətlərinə investisiyaları artacaqdır"
 2025-ci ildə işçilərin sayı 131 nəfər artırılıb
Amid Qənbərov ötən il "AFB Bank"ın xərlərinin gəlirlərindən daha çox artmasına da münasibət bildirib:
"Bank transformasiya (köklü dəyişikliklər - red) dövrünü yaşayır - komanda böyüdülür və texnologiya layihələrinə investisiya yatırırlır. Bunlara görə də xərclərimiz artıb. Bu mərhələdə Bankın mənfəətdə qalması belə yaxşı bir göstəricidir. Qeyd edim ki, 2025-ci ildə "AFB Bank"ın işçilərinin sayı 45% və ya 131 nəfər artırılaraq 420 nəfərə çatdırılıb".
"AFB Bank" ASC-nin İdarə Heyətin sədri əlavə edib ki, faiz xərclərinin artması cəlb edilən vəsaitlərin bahalaşması ilə əlaqədardır. 
"Xərclərin böyük hissəsini 2025-ci ilə "yükləmişik""
"AFB Bank"ın İdarə Heyəti sədrinin müavini Lalə Quliyeva Marja.az-a bildirib ki, Bankın 2025-2029-cu illəri əhatə edən strateji baxışı mövcuddur:

"AFB Bank"ın yeni strategiyasının ilk ili olan 2025-ci il əsas transformasiya dövrüdür. Çalışmışıq ki, xərclərin böyük hissəsini birinci illərə salaq, əsasən də 2025-ci ilə "yükləyək", növbəti illərdə işimizi daha səmərəli və məhsuldar quraq, gəlirlilik və mənfəətliliyə nail olaq".
Lalə Quliyeva əlavə edib ki, "AFB Bank"ın 2029-cu ilədək mənfəət hədəfləri də müəyyən edilib:
"Biz 2026-cı ildə 9 milyon manatın üzərində, 2027-ci ildə 13 milyon manat, 2028-ci ildə 18 milyon, 2029-cu ildə 22 milyon manat civarında xalis mənfəət hədəfləyirik. 2026-cı ildə 11 milyon manat, 2027-ci ildə 16 milyon, 2028-ci ildə 22 milyon manat, 2029-cu ildə isə 27 milyon manat civarında əməliyyat mənfəəti nəzərdə tuturuq".
"Biz bu xərclərimizin gəlirliliyini növbəti illərdə görəcəyik".
"AFB Bank"ın İdarə Heyəti sədrinin müavini vurğulayıb ki, hər bir təşkilatın əsas aktivi onun insan resurslarıdır:
"Biz komandamızı gücləndirmişik, satış heyətinə yeni kadrlar cəlb etmişik. İşçilərin sayının artırılması, mövcud heyətin peşəkarlığının artırılması, yeni rəqəmsal həllərin hazırlanması və texnoloji infrastrukturun təkmilləşdirilməsi inzibati xərclərin artmasına gətirib çıxarıb. Biz bu xərclərimizin gəlirliliyini növbəti illərdə görəcəyik".
"Buna görə, Mərkəzi Banka təşəkkürümüzü bildiririk"
"AFB Bank"ın İdarə Heyəti sədrinin müavini Lalə Quliyeva Bankın gəlir gətirən aktivlərinin şaxələndirilməsinin zəif olmasına, biznes modelinin əsasən müştərilərə verlən kreditlərə söykənməsinə də aydınlqı gətirib:
"Klassik bankçılıq əsasən kreditləşmə deməkdir. Mərkəzi Bank bazarın aktivləşməsi üçün yeni alətlər təklif edir. Məsələn, Mərkəzi Bankın yen hedc aləti çox sərfəlidir. Buna görə, Mərkəzi Banka təşəkkürümüzü bildiririk. Bu hedc alətinin şərtləri, o cümlədən faizi əlverişlidir. Bizim risk iştahımızıa uyğun olaraq, indi ən yüksək faizlər korporativ qiymətli kağılzardadır. Hansılar ki, kifayət qədər riskli hesab olunur. Mərkəzi Bank kommersiya banklarının vəsaitlərini bu riskli alətlərə yatırmasını müəyyən əmsallar ilə məhdudlaşdırır. Əmsalları nəzərə alsaq, bankın korporativ istiqrazlara yerləşdirdiyi resursu kreditə yerləşdirsə gəlirlilik daha yüksək, amma risk yönümlü eyni yanaşma olur. İndiki bazar şərtlərində daha çox gəlir və mənfəət əldə etmək istəyirik - ona görə də kreditlərə, əsasən də bizim bank üçün yeni sahə olan aqro və mikro kredit, kiçik və orta sahibkarlar üçün kreditlərə də fokuslanırıq".  
"Daxili bazarda investisya aktivləri məhduddur"
Lalə Quliyeva qeyd edib ki, daxili bazardə gəlir gətirən alətlər məhdud olduğu üçün banklar balanslarını daha geniş şaxələndirə bilmirlər:
"Ümid edirik ki, Azərbaycanın qiymətli kağızlar bazarında daha güclü aktivləşmə baş verəcəkdir, Mərkəzi Bank bunun üçün əlindən gələni edir. Yaxın gələcəkdə yeni alətlər gözləyirik. Bugünkü bzar imkanları nəzərə alınarsa bankın gəlirliliyi üçün də kreditləşməyə üstünlük verilir".
Aktivlərinin 1 milyard manata çatdırılması proqnozlaşdırılır
Lalə Quliyeva əlavə edib ki, 2029-cu ilin sonunda "AFB Bank"ın cəmi aktivlərinin 1 milyard manata çatdırılması proqnozlaşdırılır:
"2029-cu ilin sonunda gəlir gətirən aktivlərin ümumi aktivlərdə payının təxminən 90% təşkil edəcəyini nəzərdə tuturuq. Bankın cəmi aktivlərinin 70 faizinin və ya təxminən 700 milyon manatının isə müştərilərə verilmiş kreditlər, o cümlədən, cəmi kredit portfelinin təxminən 20 faizinin mikro və aqrar kreditlərin təşkil edəcəyini proqnozlaşdırırıq".
Qeyd edək ki, 2025-ci ilin sonunda "AFB Bank"ın cəmi aktivləri 423 milyon manat, o cümlədən kredit portfeli təxminən 300 milyon manat təşkil edib.

Banklar     Tarix: 12 fevral 2026

Oxşar xəbərlər

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə


iqtisadi xeberler valyuta kurslari bank faizleri valyuta mezennesi dollarin kursu bu gun