AFB Bank əmanət gəlirlərinə tətbiq edilən 10%-lik vergini özü ödəyəcək

AFB Bank əmanət gəlirlərinə tətbiq edilən 10%-lik vergini özü ödəyəcəkAFB Bank 01 fevral-01 may tarixlərini əhatə edən "Əmanət vergisini biz ödəyirik!" kampaniyası təqdim edir. Kampaniya çərçivəsində "Müddətli əmanət" məhsulu üzrə bankda depozit yerləşdirmiş fiziki şəxslərin 10%-li gəlir vergisi bank tərəfindən ödəniləcək.  
"Əmanət vergisini biz ödəyirik!" kampaniyasının məqsədi Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən əmanət faizləri və digər gəlirlərlə əlaqədar vergidən azadolmanın 1 fevral tarixindən etibarən qüvvədən düşməsini nəzərə alıb əmanət cəlbini stimullaşdırmaqdır.  
Kampaniya şərtlərinə əsasən kampaniya dövründə müştərinin əmanətini hansı müddətə yerləşdirməsindən asılı olmayaraq ilk bir il ərzində hesablanmış əmanət faizi üzrə gəlir vergisi bank tərəfindən ödəniləcək. Bu şərtlər yalnız manatla yerləşdirilmiş əmanətlərə şamil edilir. Qeyd edək ki, kampaniyanın yaratdığı imkanlardan AFB Bankda 1 fevral tarixindən etibarən "Müddətli əmanət" üzrə depozit yerləşdirmiş şəxslər faydalana bilər. 
AFB Bankda müddətli əmanət şərtləri ilə əlaqəli linkdə detallı məlumat ala bilərsiniz:
Daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.
Xatırladaq ki, ölkənin daima inkişaf edən banklarından biri olan "AFB Bank" ASC hazırda 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətləri təklif edir. Filial şəbəkəsi Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Qəbələ şəhərlərini də əhatə edir.  / marja.az

Banklar     Tarix: 03 fevral 2023

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler bank faizleri rubl mezenne emlak xeberleri en son xeberler