AFB Bank "Həyat yığım hesabı" ilə müştərilərinə planlı yığım və yüksək gəlir imkanı təqdim edir

AFB Bank ®AFB Bank müştərilərinə maliyyə hədəflərinə daha sistemli və effektiv şəkildə çatmaq imkanı yaradan yeni məhsulunu – "Həyat yığım hesabı"nı təqdim edir. Bu məhsul müştərilərə 100 AZN-dən başlayaraq, 36 ay müddətində planlı şəkildə yığım etməyə və hər ay mədaxil etdilən vəsaiti 18% gəlirlə dəyərləndirməyə imkan yaradır.
"Həyat yığım hesabı" çərçivəsində müştərilər hər ay etdikləri mədaxillər üzrə sabit və cəlbedici gəlir əldə edirlər. Belə ki, 36 aylıq yığım müddəti ərzində hər bir aylıq mədaxilin üzərinə AFB Bank tərəfindən birdəfəlik olaraq 18% həcmində gəlir hesablanır. Bu yanaşma müştərilərə həm intizamlı yığım vərdişi qazandırır, həm də vəsaitlərinin daha sürətli artmasına şərait yaradır.
Məhsulun əsas üstünlüklərindən biri də müştərilərə təqdim olunan rahat və çevik şərtlərdir. Müştərilər aylıq mədaxillərin həyata keçiriləcəyi tarix intervalını özlərinə uyğun şəkildə seçə bilirlər. Bunun üçün üç fərqli seçim mövcuddur: hər ayın 1–10-u, 11–20-si və ya 21-dən ayın sonunadək olan dövr. Seçilmiş tarix intervalı müqavilə müddəti ərzində sabit qalır və müştəriyə planlaşdırma rahatlığı təmin edir.
AFB Bank müştərilərinə əlavə üstünlüklər də təqdim edir. Müddətin sonunda hesablanmış faiz məbləğinin köçürülməsi üçün müştərilərə 48 ay müddətinə çoxsaylı üstünlüklərə malik Mono Platinum ödəniş kartı hədiyyə olunur.
Qeyd edək ki, müştərilər ilk 18 ay ərzində aylıq mədaxil məbləğini minimum ilkin mədaxil həcmində etməlidirlər. İlk 18 ay ərzində müştərilərə mədaxil məbləğini artırmaq imkanı verilir və bu artım üçün heç bir maksimal limit müəyyən olunmur. Bu müddət ərzində gəlir aylıq mədaxil edilən məbləğ əsasında hesablanır.
Müddətin 19–36-cı ayları ərzində isə gəlir hesablanması maksimal ilk ayın mədaxil məbləği həcmində həyata keçirilir.
AFB Bank daim müştərilərinin maliyyə rifahını artırmağa yönəlmiş innovativ və faydalı həllər təqdim etməyə davam edir. "Həyat yığım hesabı" da bu istiqamətdə atılan növbəti addım olaraq, hər kəsə daha güvənli və planlı maliyyə gələcəyi qurmaq imkanı yaradır.
Ətraflı məlumat üçün AFB Bankın filiallarına yaxınlaşa və ya rəsmi kanallarımız vasitəsilə müraciət edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 07 aprel 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bitkoin almaq online pul qazanmaq kripto investisiya