"AFB Bank"-ın xalis mənfəəti 40% artıb - BANKIN VƏZİYYƏTİ AÇIQLANDI
Ölkənin qabaqcıl banklarından olan "AFB Bank" ASC 2023-ci ilin 1-ci rübünü 2 milyon 603 min manat xalis mənfəətlə başa vurub.
Bankın yaydığı press-relizdə bildirilir ki, ötən ilin müvafiq dövründə xalis mənfəət 1 milyon 854 min manat təşkil etmişdi. Beləliklə, "AFB Bank"ın xalis mənfəəti 40% artıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Cari ilin 1-ci rübündə Bank xalis faiz gəlirləri üzrə 3.3 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə 1.1 milyon gəlir əldə edilib.
"AFB Bank"ın ümumi kredit portfelində artım ötən ilin eyni rübü ilə müqayisədə 14%, kredit satışlarında isə 9% təşkil edib.
Fiziki şəxslərin müddətli əmanətləri ötən ilin eyni dövrü ilə müqayisədə 12 dəfə, hüquqi şəxslərin müddətli əmanətləri isə 2 dəfəyə yaxın artıb.
Bank kapitalının gəlirliliyi əmsalı (ROE) 13.75%, aktivlərin gəlirliliyi əmsalı (ROA) isə 3.57% artıb.
"Hazırda bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı isə Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilməsinə baxmayaraq, "AFB Bank"da bu göstəricisi 35.69% təşkil edir. I dərəcəli kapitalın norması isə 5% olsa da, bankda 33%-dən çoxdur.
Qeyd edək ki, 1-ci rübün yekunlarına əsasən, bankın məcmu kapitalı 73 milyon 963 min manat təşkil edir",- press-relizdə bildirilir.
Hazırda "AFB Bank" 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətlərini təklif edir. / marja.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Onlayn biznes növləri
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Bitcoin nədir?
Layihə menecmenti nədir?