"AFB Bank"ın əməliyyat mənfəəti 2 dəfədən çox artıb

"AFB Bank" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "AFB Bank" 2022-ci ili 10 milyon 884 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 9 milyon 303 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "AFB Bank"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 17% və ya 1 milyon 581 min manat artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
2022-ci ildə "AFB Bank"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 29 milyon 645 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 29,5% (və ya 6 milyon 760 min manat) çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 22 milyon 885 min manat təşkil etmişdi. 
2022-ci ildə "AFB Bank"ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 19 milyon 956 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 6,5% və ya  1 milyon 221 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 18 milyon 735  min manat təşkil etmişdi. 
Ötən il "AFB Bank"ın gəlirləri xərclərini üstələdiyindən əməliyyat mənfəəti 9 milyon 689 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş 3 milyon 900 min manat mənfəətə əlavə edilib. 
2021-ci ildə "AFB Bank"ın əməliyyat mənfəəti 4 milyon 150 min manat təşkil etmiş, mümkün zərərlər üçün yaradılan ehtiyatlar azad olmuş 8 milyon 53 min manat mənfəətə əlavə edilmişdi. 2021-ci illə müqayisədə 2022-ci ildə "AFB Bank"ın əməliyyat mənfəəti 2,3 dəfə və ya 5 milyon 539 min manat artıb.
"AFB Bank"ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 10 milyon 144 min manat və ya 3,7% artaraq 282 milyon 381 min manata, o cümlədən kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 28 milyon 67 min manat və ya 19,6% artaraq 170 milyon 854 min manata yüksəlib. Ötən il Bankın biznes kreditləri portfeli 18 milyon 303 min manat, istehlak kreditləri portfeli 2 milyon 686 min manat, ipoteka kreditləri portfeli 7 milyon 78 min manat artıb. 
"AFB Bank"da cəmi depozitlər 2021-ci illə müqayisədə 2022-ci ildə 1 milyon 104 min manat azalaraq 116 milyon 168 min manata düşüb, o cümlədən fiziki şəxslərin depozitləri 3 milyon 496 min manat artaraq 29 milyon 819 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 4 milyon 600 min manat azlaraq 86 milyon 348 min manata geriləyib. 
31 Dekabr 2022-ci il tarixində "AFB Bank" 82 milyon 458 min manat məcmu kapitala malik olub. Bank 2021-ci ilin sonunda 80 milyon 21 min manat məcmu kapitala malik idi.

Banklar     Tarix: 26 yanvar 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin


iqtisadi xeberler 1000 manatla biznes internetden pul qazanmaq valyuta mezennesi bitcoin