AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım

AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım®AFB Bank maliyyə bazarında mövqelərini möhkəmləndirərək əmanət və kredit istiqamətləri üzrə davamlı və balanslı inkişaf nümayiş etdirir. Əmanət məhsulları üzrə yenilənmiş və daha çevik şərtlər müştərilərin Banka marağını əhəmiyyətli dərəcədə artırıb və cəlb olunan vəsaitlərin həcminə müsbət təsir göstərib.
Son 6 ay ərzində AFB Bank-da yeni əmanətçilərin sayı 80% artıb, ümumi əmanət portfelinin həcmi  237 milyon manata çatmışdır, bu isə Bankın təqdim etdiyi məhsulların bazar tələblərinə uyğunluğunu və müştərilərin uzunmüddətli etimadını əks etdirir.
AFB Bank müştərilərin müxtəlif maliyyə ehtiyaclarını nəzərə alaraq bir neçə əmanət məhsulu təqdim edir. "Müddətli Əmanət" məhsulu çərçivəsində müştərilər 12, 18, 24 və 36 ay müddətlər üzrə vəsaitlərini yerləşdirərək faizlərin aylıq və ya müddətin sonunda ödənilməsi şərti ilə illik 12%-dək gəlir əldə edə bilirlər. Bu məhsul stabil gəlir və kapitalın qorunmasına üstünlük verən müştərilər üçün nəzərdə tutulub.
Daha çevik idarəetmə imkanları təqdim edən "Sərbəst əmanət" məhsulu isə müştərilərə vəsaitlərini istənilən vaxt artırmaq və ya azaltmaq imkanı yaradır. 18 ay müddətinə, illik 7% gəlirlə və faizlərin aylıq ödənilməsi şərti ilə təqdim olunan bu məhsul sərbəstliyə önəm verən müştərilər üçün ideal seçimdir. Minimum əmanət məbləği 1 000 AZN təşkil edir.
Uzunmüddətli yığım və mərhələli kapital artımını hədəfləyən müştərilər üçün "Yığım əmanət" məhsulu təqdim olunur. Bu məhsul 12, 18, 24 və 36 ay müddətlər üzrə AZN və USD valyutalarında yerləşdirmə imkanı yaradır. Faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər, illik gəlirlilik isə AZN üzrə 10.5%-dək, USD üzrə 2%-dək təşkil edir. Minimum əmanət məbləği 100 AZN/USD olmaqla, vəsaitin istənilən vaxt artırılması imkanı da mövcuddur.
AFB Bank-ın maliyyə sabitliyi beynəlxalq səviyyədə də təsdiqlənib. Fitch Ratings beynəlxalq reytinq agentliyi Banka "B" uzunmüddətli emitent reytinqi (IDR) və "Stabil" proqnoz verib. Bu qiymətləndirmə Bankın adekvat kapitallaşması, kifayət qədər likvidlik ehtiyatları və sabit maliyyə göstəriciləri ilə əsaslandırılıb.
Hazırda AFB Bank ölkə üzrə 12 xidmət nöqtəsində müştərilərinə xidmət göstərir. Bank tərəfindən həyata keçirilən Transformasiya Strategiyası müştəriyönümlü həllərin genişləndirilməsini, rəqəmsal xidmətlərin inkişafını və həm fərdi, həm də biznes müştəriləri üçün daha əlverişli imkanların yaradılmasını hədəfləyir. / banker.az

Banklar     Tarix: 15 yanvar 2026

Oxşar xəbərlər

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler birbank pul qazanmaq dollarin kursu bu gun valyuta xeberleri