AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım
AFB Bank maliyyə bazarında mövqelərini möhkəmləndirərək əmanət və kredit istiqamətləri üzrə davamlı və balanslı inkişaf nümayiş etdirir. Əmanət məhsulları üzrə yenilənmiş və daha çevik şərtlər müştərilərin Banka marağını əhəmiyyətli dərəcədə artırıb və cəlb olunan vəsaitlərin həcminə müsbət təsir göstərib.
Marja.az xəbər verir ki. bu, AFB Bankın yaydığı məlumatda bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd edilib ki, son 6 ay ərzində AFB Bank-da yeni əmanətçilərin sayı 80% artıb, ümumi əmanət portfelinin həcmi 237 milyon manata çatmışdır, bu isə Bankın təqdim etdiyi məhsulların bazar tələblərinə uyğunluğunu və müştərilərin uzunmüddətli etimadını əks etdirir.
AFB Bank müştərilərin müxtəlif maliyyə ehtiyaclarını nəzərə alaraq bir neçə əmanət məhsulu təqdim edir. "Müddətli Əmanət" məhsulu çərçivəsində müştərilər 12, 18, 24 və 36 ay müddətlər üzrə vəsaitlərini yerləşdirərək faizlərin aylıq və ya müddətin sonunda ödənilməsi şərti ilə illik 12%-dək gəlir əldə edə bilirlər. Bu məhsul stabil gəlir və kapitalın qorunmasına üstünlük verən müştərilər üçün nəzərdə tutulub.
Daha çevik idarəetmə imkanları təqdim edən "Sərbəst əmanət" məhsulu isə müştərilərə vəsaitlərini istənilən vaxt artırmaq və ya azaltmaq imkanı yaradır. 18 ay müddətinə, illik 7% gəlirlə və faizlərin aylıq ödənilməsi şərti ilə təqdim olunan bu məhsul sərbəstliyə önəm verən müştərilər üçün ideal seçimdir. Minimum əmanət məbləği 1 000 AZN təşkil edir.
Uzunmüddətli yığım və mərhələli kapital artımını hədəfləyən müştərilər üçün "Yığım əmanət" məhsulu təqdim olunur. Bu məhsul 12, 18, 24 və 36 ay müddətlər üzrə AZN və USD valyutalarında yerləşdirmə imkanı yaradır. Faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər, illik gəlirlilik isə AZN üzrə 10.5%-dək, USD üzrə 2%-dək təşkil edir. Minimum əmanət məbləği 100 AZN/USD olmaqla, vəsaitin istənilən vaxt artırılması imkanı da mövcuddur.
AFB Bank-ın maliyyə sabitliyi beynəlxalq səviyyədə də təsdiqlənib. Fitch Ratings beynəlxalq reytinq agentliyi Banka "B" uzunmüddətli emitent reytinqi (IDR) və "Stabil" proqnoz verib. Bu qiymətləndirmə Bankın adekvat kapitallaşması, kifayət qədər likvidlik ehtiyatları və sabit maliyyə göstəriciləri ilə əsaslandırılıb.
Hazırda AFB Bank ölkə üzrə 12 xidmət nöqtəsində müştərilərinə xidmət göstərir. Bank tərəfindən həyata keçirilən Transformasiya Strategiyası müştəriyönümlü həllərin genişləndirilməsini, rəqəmsal xidmətlərin inkişafını və həm fərdi, həm də biznes müştəriləri üçün daha əlverişli imkanların yaradılmasını hədəfləyir.

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
"Yelo Bank"da çalışanların sayı açıqlandı
"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub
"Bitcoin" yenidən 78 min dollara yaxınlaşıb - SON QİYMƏT
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Dünyanın ən çox maaş verən şirkətləri
"Coca-Cola" haqqında 5 maraqlı fakt
ZARA-nın uğur hekayəsi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznesə aid ən yaxşı 10 kitab