Akademik Ziyad Səmədzadənin "Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildliyinin təqdimatı olub

Akademik Ziyad Səmədzadənin Mayın 24-də Bakı Biznes Mərkəzində akademik Ziyad Səmədzadənin bu günlərdə işıq üzü görən "Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildliyinin təqdimatı keçirilib.
Tədbirə moderatorluq edən UNEC-in rektoru professor Ədalət Muradov "Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildliyini Azərbaycan iqtisad elmi üçün fundamental, dəyərli mənbə adlandırıb, yeni nəşrin əhəmiyyətindən, özəlliklərindən söz açıb.
Professor bildirib ki, müəllifin uzunillik elmi-iqtisadi araşdırmalarının və yaradıcılığının növbəti bəhrəsi olan bu topluda Azərbaycan iqtisadiyyatının son 100 ildə keçdiyi yol elmi cəhətdən geniş təhlil edilir. Azərbaycan iqtisadiyyatının yüzillik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verilib. Müəllif Azərbaycan iqtisadiyyatının inkişaf meyilləri barədə informasiyaları, müqayisələri həm də cədvəllər və qrafiklər əsasında oxucuya çatdırır. Beşcildlikdə zəngin arxiv materialları əsasında 400-dən artıq cədvəl və qrafik yer alıb. Bütövlükdə isə nəşrdə 1000-dən artıq mənbəyə istinad olunub. Kitabın hər bir cildi ilə tanışlıq göstərir ki, Ziyad Səmədzadə Azərbaycanın iqtisadi inkişaf tarixinin araşdırılması işindəki boşluğu doldurmaq üçün olduqca əhatəli və səmərəli iş aparıb. Beşçildlikdən əlavə mündəricat da nəşr edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan, analitik ruhu, faktoloji zənginliyi, aktuallığı, tarixi proseslərə obyektiv yanaşması ilə diqqəti çəkən beşcildlik Azərbaycanın sovet dövrü və müstəqillik tarixinin öyrənilməsi, araşdırılması və təbliği baxımından böyük maraq doğuracaq.
Tədbirdə çıxış edən akademik Ziyad Səmədzadə bildirib ki, beşcildliyin ərsəyə gəlməsində əsas məqsəd ulu öndərimiz Heydər Əliyevin 1997-ci il yanvarın 17-də AMEA-nın akademikləri və müxbir üzvləri ilə görüşündə XX əsrdə və müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılması ilə bağlı səsləndiyi fikirlər, təklif və tövsiyələr olub. 2001-ci il dövlət müstəqilliyimizin bərpasının 10 illiyinə həsr olunmuş mərasimdə Ümummilli Liderimiz diqqəti bir daha bu məsələyə cəlb etdi. Çoxcildliyin strukturu, məqsəd və vəzifələri müəyyən edilərkən ulu öndər Heydər Əliyevin XX əsrin başa çatması ilə əlaqədar Azərbaycan xalqına tarixi müraciəti, ötən əsrin 70-ci illərində respublika iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçilməsini şərtləndirən kompleks amillər, eləcə də Prezident İlham Əliyevin dövlətimizin iqtisadi təhlükəsizliyinin, milli maraqlarının qorunması, iqtisadiyyatın strukturunun şaxələndirilməsi, tarazlı inkişafın, ərzaq təhlükəsizliyinin, iqtisadi inkişafla demoqrafik inkişaf arasında qarşılıqlı əlaqə və asılılığın təmin edilməsi barədə taleyüklü əhəmiyyət kəsb edən baxışları, tövsiyələri, qarşıya qoyduğu məqsəd və vəzifələr ən vacib metodoloji baza kimi götürülüb.
AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov, Milli Məclisin deputatı Eldar İbrahimov, Xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, professorlar Qorxmaz İmanov və Məhiş Əhmədov, iqtisad elmləri doktoru Qüdrət Kərimov və digər çıxış edənlər "Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildliyinin işıq üzü görməsi münasibətilə müəllifi təbrik edib, kitabı müasir Azərbaycan iqtisad elminin mühüm nailiyyətlərindən biri kimi qiymətləndiriblər. Bildirilib ki, dəyərli elm adamı, iqtisadçı kimi Ziyad Səmədzadənin təqdim etdiyi, nəzərdən keçirdiyi 100 ildən çox olan bir dövrdə ölkəmizin yaşadığı sadə olmayan mərhələlərin təhlili inkişaf tariximizdə olan boşluğu doldurmağa imkan verəcək, cəmiyyətdə Azərbaycan xalqının keçdiyi yol, onun sosial-iqtisadi tərəqqisi və gələcək inkişafının əsasları barədə qərəzsiz, obyektiv təsəvvürlərin formalaşmasına kömək edəcək.
Diqqətə çatdırılıb ki, kitabın I və II cildləri Azərbaycan iqtisadiyyatının sovet dövründə - müstəqilliyimizin bərpasına qədər olan mərhələdəki inkişaf yoluna və məsələlərinə həsr edilib. İkinci cilddə XX əsrin ikinci yarısında Azərbaycan SSR-də kənd təsərrüfatının inkişafında baş verən dəyişikliklər, Azərbaycan iqtisadiyyatının maddi-texniki bazasının yaradılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi kimi məsələlərə nəzər salınıb. Kitabın III və IV cildlərində müstəqillik illərində respublikamızda yeni iqtisadi sistemin yaradılması, yeni neft strategiyası, özəl sektorun, sahibkarlığın, əlverişli investisiya mühitinin formalaşması, Azərbaycan iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafını təmin edən kompleks amillər, eləcə də respublika iqtisadiyyatının yaxın və uzaq gələcəyə hədəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlər şərh edilir. Oxucu SSRİ-nin dağılması ərəfəsində və ölkəmizin ilk müstəqillik illərində iqtisadi vəziyyətin nə dərəcədə ağır olması barədə kifayət qədər məlumatlar, sənədlərlə tanış olur. Nəşrin IV cildində bütün bunlar barədə, xüsusilə də ulu öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycan dövlətinin inkişaf siyasətinə sadiqlik nümayiş etdirən, müstəqilliyimizin qorunması, əbədi olması üçün müstəqil iqtisadi siyasət yürüdən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2020-ci illərdə ölkə iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafını təmin edən kompleks məsələlər - istehsal və sosial infrastruktur problemlərinin həyata keçirilməsi, sənayeləşmə siyasəti, qeyri-neft sektorunun inkişafı və onun quruluşunun təkmilləşdirilməsi, regional siyasət, demoqrafik inkişaf və məşğulluq problemləri, ordu quruculuğu, iqtisadi təhlükəsizliyi, enerji təhlükəsizliyini, ərzaq təhlükəsizliyini, keyfiyyətli həyat səviyyəsini təmin edən amillər, icra edilən proqramlar, respublika iqtisadiyyatının yaxın və uzaq gələcəyə hədəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlər açıqlanır.
Qeyd edilib ki, müəllif kitabın beşinci cildini Qarabağ mövzusuna həsr edib. Bu cilddə XIX əsrdən başlayaraq indiyədək Azərbaycan ərazilərində gedən proseslər Azərbaycanın bu dövrdə üzləşdiyi milli və siyasi ədalətsizliklər, torpaqlarımızın işğalı və Vətən müharibəsində qazanılan Zəfərin tariximizdəki rolu kontekstindən nəzərdən keçirilir. Bu kitab Azərbaycan iqtisadiyyatının öyrənilməsi, araşdırılması və tədqiq edilməsi, o cümlədən iqtisadi fəaliyyətin təkmilləşdirilməsi işinə böyük töhfədir. Çünki beşcildlikdə bütün bunlarla bağlı zəngin materiallar var.
Akademik Ziyad Səmədzadənin Akademik Ziyad Səmədzadənin Akademik Ziyad Səmədzadənin Akademik Ziyad Səmədzadənin Akademik Ziyad Səmədzadənin Akademik Ziyad Səmədzadənin Akademik Ziyad Səmədzadənin Akademik Ziyad Səmədzadənin Akademik Ziyad Səmədzadənin Akademik Ziyad Səmədzadənin

Maraqlı     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Dünya iqtisadiyyatı gözlədiyimizdən daha dayanıqlı olub

Trampın tarifləri bir çoxlarının gözlədiyi kimi güclü qarşılıqlı reaksiyaya səbəb olmadı. 2025-ci il qlobal ticarətin dağılması ili olmadı. Lakin ticarət dəyişdi — mürəkkəb və qeyri-bərabər şəkildə:. bəzi dəyişikliklər müvəqqətidi

İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə "Global MBA" proqramına qəbul elan edir

() Azərbaycanda yüksək potensiala malik kadrların liderlik, idarəetmə və qlobal biznes bacarıqlarının inkişafına dəstək vermək məqsədilə IE Universitetinin "Global MBA" proqramına qəbul elan edilir. Proqrama qəbu

Görüləcək işlər borc deyil, töhfədir: işlərin öhdəsindən gəlməyin zərif yolu

Görüləcək işlər siyahısı seçim edə biləcəyiniz menyudur, davranış elmləri üzrə mütəxəssis Denni Kenni deyir. Bazar günü axşamdır. Qarşıdakı həftə üçün görüləcək işlər siyahıma baxıram və tanış ağırlıq hissi sinəmə çökür

Yeni silahlanma yarışı: hesablama gücü uğrunda mübarizə

Hərbi imkanlar getdikcə daha çox data mərkəzlərindən asılı olur. İndi süni intellekt sahəsində geri qalan hökumətlər eksperimental texnologiyalara diqqət yetirirlər. Bir ekranda Sidneynin mərkəzində adi küçə mənzərəsi görünür

Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək

"Xaricdə təhsil üzrə Dövlət Proqramına qəbul prosesində ilk dəfə olaraq süni intellekt alətlərindən istifadə ediləcək". Bunu "2022-2028-ci illər üçün Dövlət Proqramına" sənəd qəbulu ilə bağlı jurnalistlər

Azərbaycanda 13 yaşlı BOKT rebrendinqə gedir – Bazarda yeni adla çıxış edəcək

Azərbaycanda 13 yaşlı bank olmayan kredit təşkilatı "Effektinvest" MMC rebrendinq edərək bazarda yeni adla çıxış edəcək. Bu barədə -a daxil olan məlumatda bildirilir. Belə ki, səhmdarların Ümumi Yığıncağının qərar

Yuan yüksəlişdədir: geosiyasət qlobal maliyyə sistemini necə dəyişir

Getdikcə daha çox ölkə Çinin ödəniş infrastrukturundan istifadə etməyə başlayır. Qorxulu və qeyri-sabit dünyada insanı bəzən yalnız "ruha rahatlıq verən yemək" sakitləşdirə bilir. Honkonqdakı Tasty Congee &

Kevin Kelli: bizi yeni qeyri-müəyyənlik dövrü gözləyir

Məşhur futuroloq deyir ki, qeyri-müəyyənlik göstəricisi hazırda dərin "qırmızı zonadadır" və yaxın illərdə vəziyyətin asanlaşacağı görünmür. Hətta süni intellekti yaradan ekspertlər belə bundan sonra nə baş verəcəyin

Donald Tramp ABŞ iqtisadiyyatına neçəyə başa gəlir? — The Economist

Donald Trampın Ağ evə qayıdışından sonra ABŞ iqtisadiyyatı inkişaf etmiş ölkələrin əksəriyyətindən daha güclü görünməyə davam edib. 2025-ci ildə ABŞ ÜDM-i 2,1% artdığı halda, Böyük Britaniya, Fransa və Yaponiya iqtisadiyyatlar


iqtisadi xeberler valyuta mezennesi biznes krediti biznes ideyalari dollar manat kursu