"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb
Beynəlxalq sığorta və risk qiymətləndirmə şirkəti Allianz Trade (əvvəlki Euler Hermes) Azərbaycanın ölkə risk reytinqini yenidən "C1" səviyyəsində sabit saxlayıb.
Şirkət Azərbaycanı yenidən "aşağı risk" (low risk) kateqoriyasına daxil edib və yaşıl zonada göstərib. Bu, ölkənin makroiqtisadi sabitliyinin və qısamüddətli maliyyə risklərinin azlığını əks etdirir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qiymətləndirməyə əsasən, Azərbaycanın maliyyə sistemi, xarici ödəniş qabiliyyəti və büdcə sabitliyi qorunur, lakin iqtisadiyyatın strukturunda və institusional mühitdə bəzi zəifliklər qalmaqdadır.
Allianz Trade vurğulayıb ki, ölkənin risk göstəricilərində dəyişiklik müşahidə olunmadığından, Azərbaycanın reytinqi sabit saxlanılıb.
Xatırladaq ki, "Allianz Trade" 2025-ci ilin ilk rübündə Azərbaycanın ölkə risk reytinqini C2-dən (orta risk) C1-ə (aşağı risk) yüksəldib.
Şirkət bunu ölkədə risk səviyyəsinin azalması və daha sabit iqtisadi-siyasi mühitin formalaşması ilə izah etmişdi.
© APA / marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 adamı
SMM nə deməkdir?
Elon Musk kimdir?
McDonalds haqqında maraqlı faktlar
Dünyanın TOP-5 bahalı geyim şirkətləri