AMB: Azərbaycan beynəlxalq ödəniş sistemlərini ölkəyə dəvət edib
Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq ödəniş təşkilatlarını Azərbaycan fintexlərinin sırasına daxil olmaq üçün ölkəyə gəlməsini təşviq edir.
Bunu AMB-nin Baş direktoru Fərid Osmanov deyib.
F.Osmanov əlavə edib ki, həmin fintexlərin bazara daxil olub-olmaması onların öz biznes maraqlarından asılıdır:
"Hazırkı qanunvericilikdə hər-hansı ödəniş xidmətinin, ödəniş təşkilatının bazarımıza daxil olması üçün məhdudlaşdırıcı heç bir fəaliyyəti yoxdur. Onlar azad şəkildə Azərbaycanın fintex bazarına daxil ola bilərlər. Sadəcə Mərkəzi Bank yenilikçi, innovativ təşkilatların ölkəmizə gəlməsini təşviq edir, onlara çağırış edir. Bunun nəticəsidir ki, ötən il "ApplePay", bu il isə "Google Pay" Azərbaycana gəldi.
Bunun davamlı olması üçün biz öz çağırışlarımızı edirik. Amma bu təşkilatçıların daha çox biznes maraqlarından irəli gəlir. Əgər onların biznes maraqları Azərbaycan bazarına yönəlikdirsə onlar ölkəmizə daxil ola bilirlər".
Qeyd edək ki, 2021-ci ilin noyabrın 2-də "Apple Pay", 2022-ci ilin avqustun 23-də isə "Google Pay" xidmətindən istifadə Azərbaycanda aktivləşib. / banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
SMM nədir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Dünyanın əh bahalı brendləri - TOP-10
Startup nədir və necə olur?