AMB bankların dollara tələbinin azalmasının səbəbini açıqlayıb

AMB bankların dollara tələbinin azalmasının səbəbini açıqlayıbAzərbaycan Mərkəzi Bankı (AMB) bankların valyuta hərraclarında dollara tələbinin azalmasının səbəbini açıqlayıb.
Mərkəzi Bankdan bildirilib ki, əlverişli beynəlxalq konyunktur və qeyri-neft ixracı potensialının artması şəraitində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisit yaranıb. Rəsmi statistikaya görə, tədiyə balansının cari əməliyyatlar hesabının əsas elementi olan xarici ticarət balansının profisiti 2022-ci ildə ötən illə müqayisədə 2.2 dəfə artaraq 23.6 mlrd. ABŞ dollarına çatıb. Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artması və valyuta bazarında təklifin genişlənməsilə müşayiət olunur. Mühüm məqamlardan biri odur ki, qeyri-neft sektoru üzrə ixracın həcmi 2022-ci ildə 12.3% artaraq 3 mlrd. ABŞ dollarına yüksəlib. Qeyd olunan məqamlar Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin satışı üzrə təşkil olunan valyuta hərraclarındakı tələb-təklif nisbətində də özünü göstərir. "Məhz bu amillər cari ilin 24 və 26 yanvar tarixlərində keçirilən valyuta hərraclarında valyuta alışı üzrə sifarişlərin verilməməsinin fundamental səbəbləri kimi çıxış edib" – deyə Mərkəzi Bankın açıqlamasında bildirilib.
Qeyd edək ki, bu il yanvarın 19-da keçirilən valyuta hərracında banklar cəmi 1.5 milyon dollar cəlb edib, 24 və 26 yanvar tarixlərində keçirilən valyuta hərraclarında isə heç bir sifariş verilməyib. Bu isə son illər ərzində qeydə alınan ilk belə faktdır. / banker.az

Banklar     Tarix: 31 yanvar 2023

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler dollar manat kursu telefonla pul qazanmaq 1000 manatla biznes rubl mezenne