AMB bütün əmanətlərin manatla yerləşdirilməsində maraq deyil

AMB bütün əmanətlərin manatla yerləşdirilməsində maraq deyilAzərbaycan Mərkəzi Bankı (AMB) bankların əmanət portfelində dedollarizasiya prosesinin sona qədər getməsində, başqa sözlə bütün əmanətlərin manatla yerləşdirilməsində maraqlı deyil.
Bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"2025-ci ilin sonunda rezident fiziki şəxslərin xarici valyutada olan əmanətlərinin xüsusi çəkisi təxminən 28 % olub. Bu, 2024-cü ilin yekunu ilə müqayisədə 2,6 faiz azdır. Bizim ​hədəfimiz 20-25 %-dir və dedollarizasiya prosesinin davam etməsini istəyirik, amma bu sona qədər getməsini istəmirik. Çünki, iqtisadiyyatın xarici valyutada olan kreditlərə qədər tələbatı var. Bu gün bu tələbatın xüsusi çəkisi 14 %-dir", – deyə o qeyd edib.
T.Kazımovun sözlərinə görə, bu gün banklarda dollar likvidliyi ilə problem yoxdur: "Hüquqi şəxslərin vəsaitləri ilə birlikdə dollarlaşma səviyyəsi 41 %-dir. Yəni, əlavə 27 % dollar payı var ki, xarici qiymətli kağızlara investisiya olunub. Bizim də tələbimiz var ki, banklar xarici valyuta kreditlərini yalnız həmin valyutada gəliri olan fiziki və hüquqi şəxslərə versinlər və yaxud hecləşdirilmiş, sığortalı kreditlər versinlər. Əgər real sektorda xarici valyuta kreditlərinə tələbat artsa, düşünürəm ki, bankların da iştahları artacaq ki, daha çox valyuta dollarla depozit cəlb eləsinlər. Bu gün də belə bir situasiya ilə biz üzləşirik". / banker.az

Banklar     Tarix: 04 fevral 2026

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler valyuta mezennesi investisiya emlak xeberleri dollar kursu