AMB: islam bankçılığı kimi alternativ alətlərindən istifadə nəzərdən keçirilir
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının görüşünü keçirilib.
Banker.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov öz tvitter hesabında yazır.
Görüş zamanı maliyyə-bank sektoru ilə sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının yaxşılaşdırılması istiqamətində müzakirələr aparılıb.
"Görüşdə real sektorun kreditləşməsinin aktivləşdirilməsi, güzəştli kreditlərin əhatə dairəsinin genişləndirilməsi, regionlarda sahibkarların girov təminatında üzləşdikləri problemlərin aradan qaldırılması, real sektorun inkişaf etdirilməsi üçün islam bankçılığı kimi alternativ maliyyə alətlərindən istifadənin nəzərdən keçirilməsi, sahibkarlar üçün maliyyə-bank xidmətlərinin rahatlaşdırılması, həmçinin Mərkəzi Bankın requlyator kimi zəruri dəstək tədbirləri və digər məsələlər ətrafında fikir mübadiləsi apardıq"- deyə, T.Kazımov bildirir.

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Kriptovalyuta nədir və necə alınır?
Kriptovalyuta nədir?
Elon Musk kimdir?
İlon Mask kimdir?
Biznes planı necə yazmaq lazımdır?