AMB məcburi ehtiyatlar üzrə kredit təşkilatlarına faiz ödəyə biləcək

AMB məcburi ehtiyatlar üzrə kredit təşkilatlarına faiz ödəyə biləcəkAzərbaycan Mərkəzi Bankına (AMB) ölkədə makroiqtisadi sabitliyin, maliyyə bazarlarının dayanıqlığının və sabitliyinin təmin olunması məqsədilə saxlanılan məcburi ehtiyatlar üzrə kredit təşkilatlarına faizlər ödəmək hüququnun verilməsi təklif edilir.
Bu, "Mərkəzi Bank haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, faizlərin ödənilməsi barədə qərarı AMB-nin İdarə Heyəti (İH) qəbul edir. Faizlər qərarda göstərilən müddətdə ödənilir və məcburi ehtiyatlar saxlayan bütün kredit təşkilatlarına şamil edilir.
Bundan başqa, saxlama dövrü ərzində kredit təşkilatı tərəfindən məcburi ehtiyatların hesablanması və yaxud saxlanılması qaydası pozulduqda, AMB saxlama dövründə məcburi ehtiyatların təmin edilməmiş məbləğinə aşağıdakı düsturla saxlama dövründə saxlanılmalı valyutanın emitenti olan mərkəzi bankın orta günlük uçot dərəcəsinin 2 misli, pozuntuya bir təqvim ili ərzində 3 və yaxud daha artıq halda yol verildikdə orta günlük uçot dərəcəsinin 3 misli məbləğində maliyyə sanksiyası tətbiq edir (bütün hallarda uçot dərəcəsi bir faizdən az olduqda maliyyə sanksiyasının hesablanması zamanı uçot dərəcəsi bir faiz kimi nəzərə alınır.). / banker.az

Banklar     Tarix: 05 iyun 2023

Oxşar xəbərlər

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin dollar məzənnəsi biznes krediti