AMB-nin Sumqayıt və Yevlax şəhərlərindəki ehtiyat mərkəzlərinə də istehlakçılar müraciət edə biləcək

AMB-nin Sumqayıt və Yevlax şəhərlərindəki ehtiyat mərkəzlərinə də istehlakçılar müraciət edə biləcəkAzərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının qəbulunun daha da effektiv həyata keçirilməsi məqsədi ilə müvafiq tədbirlər görülməkdədir.
Bu barədə banker.az-a AMB-dən bildirilir.
Qeyd olunan tədbirlərdən biri də bölgələrdə yaşayan və nəzarət subyektləri ilə narazılıqları yaranan maliyyə xidmətləri istehlakçılarının Mərkəzi Bankın Bakı şəhərində yerləşən inzibati binasına yaxınlaşmadan müraciət etmək, o cümlədən istehlakçı məmnuniyyətinin yüksəldilməsi məqsədi ilə maliyyə xidmətləri istehlakçılarının qəbulunun Mərkəzi Bankın Sumqayıt və Yevlax şəhərlərində yerləşən ehtiyat mərkəzlərində də həyata keçirilməsi imkanının yaradılmasıdır. Maliyyə xidmətləri istehlakçıları aidiyyəti üzrə Mərkəzi Bankın Sumqayıt Ehtiyat Mərkəzi (Sumqayıt şəhəri, 40-cı məhəllə, C.Cabbarlı küçəsi 1) və Yevlax Ehtiyat Mərkəzinə (Yevlax şəhəri, H.Əliyev prospekti 82) yaxınlaşmaqla müraciətlərini bildirə bilərlər.
Bundan öncə maliyyə xidmətləri istehlakçılarının qəbulunun Mərkəzi Bankın Quba, Biləsuvar və Gəncə şəhərlərində yerləşən regional mərkəzlərində də həyata keçirilməsi təmin olunmuşdur. Məlumat üçün bildirmək istərdik ki, Bakı şəhərində maliyyə xidmətləri istehlakçılarının qəbulu Mərkəzi Bankın Bakı şəh., Bülbül pr. 27 ünvanında yerləşən inzibati binasında həyata keçirilir. Bundan əlavə, vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə qəbul zamanı növbəliliyin avtomatlaşdırılması üçün Növbə İdarəetmə Sistemi yaradılmış və maliyyə xidmətləri istehlakçılarının istifadəsinə verilmişdir. Bununla yanaşı, növbənin Mərkəzi Bankın Bakı şəh., Bülbül pr. 27 ünvanında yerləşən inzibati binasına gəlmədən müvafiq internet səhifəsi (cbar.az) vasitəsilə onlayn şəkildə əldə edilməsi imkanı yaradılmışdır. Sözügedən xidmətdən yararlanmaq üçün maliyyə xidmətləri istehlakçıları www.randevu.e-cbar.az səhifəsinə keçid edərək onlayn növbə əldə edə bilərlər.
Qəbulda iştirak edən maliyyə xidmətləri istehlakçılarının Mərkəzi Banka müraciət ünvanlaması üçün ərizə otağında ərizə formasının yerləşdirilməsi ilə yanaşı, onlara "QR-kod" vasitəsilə onlayn qaydada müraciət etmə imkanı yaradılmışdır. Qəbul otaqlarında qəbulda iştirak edən istehlakçıların mövcud sistem və qəbul prosesi barəsində təəssüratlarının öyrənilməsi, onların məmnuniyyət səviyyəsinin ölçülməsi, həmçinin icraçı və qəbulu həyata keçirən əməkdaşların vətəndaş qəbulu ilə bağlı fəaliyyətinin təhlili və dəyərləndirilməsi üçün onların skan edə biləcəyi "QR-kod" yerləşdirilmiş, həmçinin anket forması hazırlanmışdır.
Hər hansı sual yarandığı halda istehlakçılara Mərkəzi Bankın "966" nömrəli Qaynar xətti ilə əlaqə saxlamalarını tövsiyə edirik.
Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi Mərkəzi Bankın prioritet məsələlərindən biridir və yaxın gələcəkdə bu sahədə strateji tədbirlər həyata keçiriləcəkdədir. Mərkəzi Bankın istehlakçıların müdafiəsi çərçivəsinin ən yaxşı beynəlxalq təcrübələrə uyğun olaraq gücləndirilməsi məqsədi ilə həyata keçirəcəyi tədbirlər barədə ictimaiyyətə əlavə məlumatlar veriləcəkdir.

Banklar     Tarix: 07 mart 2023

Oxşar xəbərlər

Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli dollar depoziti təklifləri – SİYAHI (fevral)

5 fevral 2026-cı il tarixinə Azərbaycanda ABŞ dolları (USD) üzrə 6 aydan 36 ayadək müddəti əhatə edən əmanət faizlərini təqdim edir:. Qeyd edək ki, 1 yanvar 2024-cü ildən iki halda vətəndaşlar gəlir vergisi ödəmir. Birincisi

"PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib

Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklif (beynəlxalq terminologiyada: IPO – Inital Public Offering) üsulu ilə yerləşdirilməsinə hazırlıq mərhələsinə dair mətbua

AccessBank rəhbərliyi Gənclər Gününü Bakı Ali Neft Məktəbinin tələbələri ilə birlikdə qeyd etdi

Fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bu gün münasibətilə AccessBank Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün interaktiv formatda master-klas təşkil edib. Tədbirin əsas məqsədi gənclərin maliyy

Rabitəbankda yeni təyinat

Rabitəbankda yeni təyinat olub. xəbər verir ki, Rüstəm İsmailov Bankın Baş Texnologiya İnzibatçısının müşaviri vəzifəsinə təyin edilib. İnformasiya texnologiyaları və bank sistemləri sahəsində uzunillik beynəlxalq təcrübəy

22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI

Bu il yanvarın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub. Bunlar, "Azərbaycan Beynəlxalq Bankı" (2 milyard 204,7 milyon manat), "Kapital Bank" (1 milyard 178,3 milyo

"İPO prosesində əsas məsləhətçimiz Gürcüstanın "TBC Capital" şirkətidir"

"PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklifi zamanı Bankın səhmlərinin təxminən 5 faizinin, yəni 932 min 926 ədəd adlı səhmin bazara təqdim olunması planlaşdırılır". xəbər verir ki, bunu ölkənin aparıcı korporati

Sabiq bank sədri yeni vəzifəyə təyin edilib

BOKT "İnternational" ASC-nin İdarə Heyətinə yeni üzv seçilib. -ın əldə etdiyi məlumata əsasən, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Kamil Lətifov Fuad oğlu İdarə Heyətinə üzv seçilib. K.Lətifov 2008-ci ildə

Banklar illik faiz gəlirlərini nə qədər artırıb?

2025-ci ildə Azərbaycandakı 22 bankdan 5-nin faiz gəlirləri 255 milyon manatdan çox olub. Bunlar, "Kapital Bank" (1 milyard 180,1 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 milyard 95,6 milyon manat)

"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək

Martın 6-da, saat 11:00-da "Finex Kredit" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-c


iqtisadi xeberler investisiya pul qazanmaq biznes ideyalari kicik biznes