AMB qiymətli kağızlar bazarının iştirakçılarına xəbərdarlıq edib

AMB qiymətli kağızlar bazarının iştirakçılarına xəbərdarlıq edib"Qiymətli kağızlar bazarı haqqında" Qanuna müvafiq olaraq səhmdar cəmiyyətinin illik hesabatı hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanaraq (qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla) onun səhmdarlarının ümumi yığıncağı tərəfindən təsdiq edilir. Hesabatlar həmin tarixdən etibarən on iş günündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim olunur. Mərkəzi Bank tərəfindən hesabatın açıqlanmasının dayandırılması haqqında göstəriş verilmədikdəsəhmdar cəmiyyəti təqdim etdiyi tarixdən etibarən otuz təqvim günü ərzində illik hesabatını öz internet səhifəsində (olduqda) və mediada açıqlanmasını təmin etməlidir.
Qanunvericiliyin tələblərinə əsasən emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır.
Səhmdar cəmiyyətləri cari il üzrə sahibkarlıq fəaliyyətini dayandırdığı halda bu barədə səhmdar cəmiyyətinin ümumi yığıncağının qərarı və Vergi Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq Dövlət Vergi Xidmətinə təqdim edilmiş arayış əlavə olunmaqla Mərkəzi Banka məlumat verilməsi tövsiyə olunur.
Emitentlərin nəzərinə çatdırılır ki, qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində illik hesabatlarını təqdim etməyən səhmdar cəmiyyətlərinə Mərkəzi Bank tərəfindən xəbərdarlıq məktubları göndərilir. Sözügedən illik hesabtların Mərkəzi Banka təqdim edilməsi və açıqlanması təmin olunmadıqda qeyd olunan hərəkətsizliyə (qanun pozuntusuna) görə emitentlər İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş qaydada inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlar nəzərə alınaraq səhmdar cəmiyyətləri tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmalıdır.
Mövzu ilə bağlı əlavə suallar yarandığı təqdirdə Mərkəzi Bankın 966 "Çağrı Mərkəzi" ilə əlaqə saxlanıla bilər. / banker.az

Banklar     Tarix: 07 aprel 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bitkoin almaq online pul qazanmaq kripto investisiya