Apple Pay" və "Google Pay"ə qoşulduqdan sonra "AFB Bank"da nağdsız ödənişlərdə 50%-dən çox artım baş verib

Apple Pay(®) Daima inkişafda olan "AFB Bank" ötən aylarda "Apple Pay" və "Google Pay" xidmətlərini də aktivləşdirərək bu sistemə qoşulan Azərbaycan bankları siyahısına daxil olub. 
Bankın yaydığı məlumatda bildirilir ki, hər iki xidmət müştərilər tərəfindən rəğbətlə qarşılanıb, həm əməliyyat sayında, həm də qeyri-nağd dövriyyədə nəzərəçarpan artımlar olub. 
Qeyd edilib ki, bu xidmətlər aktivləşdikdən sonra qeyri-nağd kart dövriyyəsi ümumilikdə 52% artaraq 24.5 milyona manata çatıb. Bu, bankın statistikasında rekord göstəricidir. "Apple Pay" və "Google Pay" xidmətlərinin aktivləşməsi bankın mobil tətbiqinin də yükləmələrinin sayını artırıb. Məsələn, təkcə Android istifadəçilərinin sayı 10%-ə yaxın çoxalıb. 
Məlumat üçün bildirək ki, "Apple Pay" və "Google Pay" elektron cihazlar vasitəsilə təmassız ödənişlərin qəbul olunduğu istənilən məntəqədə asanlıqla ödəniş etməyə imkan verir. Müştərilərin xidmətə maraq göstərmələrinin digər səbəbləri də karta fiziki ehtiyacı aradan qalxması, ödənişlərin saniyələr içində rahat şəkildə edilməsi və tam təhlükəsiz olmasıdır.
 "AFB Bank" kartları üçün bu xidməti aktivləşdirmək istəyən şəxslər bankın tətbiqi vasitəsilə bunu edə bilərlər. Həmçinin cihazın əməliyyat sisteminə uyğun olaraq "Apple Wallet" və "Google Wallet" tətbiqlərindən də xidmətə qoşulmaq mümkündür.
"AFB Bank"ın bu və digər xidmətləri barədə ətraflı məlumatı afb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 zəng mərkəzindən əldə edə bilərsiniz. / marja.az

Banklar     Tarix: 23 iyun 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"


iqtisadi xeberler bitkoin valyuta mezennesi leobank kart dollar məzənnəsi