Aqrar Sığorta Fondu və "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nin səhmdarları görüşüb

Aqrar Sığorta Fondu və Aqrar Sığorta Fondunun rəhbərliyi ilə Azərbaycanda aqrar sığorta sahəsində fəaliyyət göstərən yeganə şirkət – «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-nin səhmdarlarının görüşü keçirilib.
Aqrar Sığorta Fondunda keçirilən görüşdə, «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-nin 2022-ci ildəki fəaliyyətinin yekunları, ölkədə aqrar sığortanın tətbiqi ilə bağlı vəziyyət və təsərrüfatların aqrar sığorta ilə təmin olunması ilə bağlı müzakirələr aparılıb. 
İclasda Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bölgələrdə aqrar sığortanın daha geniş tətbiq edilməsinin və bu prosesdə özəl sığorta şirkətlərin də fəal iştirakının vacibliyini qeyd edib. 
İclasda son aylar ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində təsərrüfatlara dəyən zərər, aqrar sığorta ilə bağlı müraciətlərin artması və ümumilikdə bu hadisələr nəticəsində aqrar sığortaya marağın yüksəlməsi də qeyd edilib. 
Səhmdarlar «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-nin qarşıdakı dövr üçün fəaliyyəti ilə bağlı müzakirələr aparıblar. 
Xatırladaq ki, "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC "Aqrar sığorta haqqında" qanuna uyğun olaraq yeni şirkət aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən idarəedici qurumdur. 
2020-ci ildə ölkənin 7 sığorta şirkəti tərəfindən təsis edilən "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirir. 
Müştərək şirkətin təsisçiləri – "Paşa Sığorta" ASC, "Qala Sığorta" ASC,  "Meqa Sığorta" ASC, "Azərbaycan Sənaye Sığorta" ASC, "Xalq Sığorta" ASC, "AZSIĞORTA" ASC, "Bakı Sığorta" ASC şirkətləridir. 
Aqrar Sığorta Fondu və Aqrar Sığorta Fondu və Aqrar Sığorta Fondu və Aqrar Sığorta Fondu və Aqrar Sığorta Fondu və / marja.az

Banklar     Tarix: 15 iyul 2023

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler 1000 manatla biznes bitkoin pul qazanmaq biznes xeberleri