Aqrar Sığorta Fondu zərərdən mənfəətə keçib

Aqrar Sığorta Fondu zərərdən mənfəətə keçibAqrar Sığorta Fondu 2022-ci ili 2 milyon 586 min manat xalis mənfəət ilə başa vurub. Fond 2021-ci ili 1 miylon 308 min manat xalis zərər ilə bağlamışdı.
Marja.az xəbər verir ki, Aqrar Sığorta Fondunun hesabladığı sığorta haqları 2021-ci ildə 11 milyon 308 min manat ikən, 2022-ci ildə 13 milyon 739 min manata yüksəlib.
Aqrar Sığorta Fondu 31 dekabr 2022-ci il tarixində 22 milyon 95 min manat cəmi aktivlərə malik olub (2021-ci ilin sonunda 16 milyon 309 min manat).
Fondu idarə edən qurum olan "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC isə 2022-ci ili 170 min 150 manat xalis mənfəət ilə başa vurub. Ötən il şirkətin cəmi gəlirləri 17 milyon 504 min manat, cəmi xərcləri 17 milyon 288 min manat olub.  
2019-cu il də aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Aqrar Sığorta Fondu təsis edilib. Azərbaycanda aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulmuşdur. Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən  qeyri-kommersiya hüquqi şəxsdir. İdarəedici Şirkət isə qeyri-həyat lisenziyasına malik olan sığorta şirkətləri tərəfindən təsis olunan və sığorta müqavilələrinin bağlanmasını təşkil edən müştərək sığortaçıdır.
Aqrar sığorta müqaviləsi sığortalı və İdarəedici Qurum tərəfindən bağlanır. İdarəedici Qurum – Aqrar Sığorta Fondun adından aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən müştərək sığortaçıdır. İdarəedici qurum Azərbaycan Respublikası ərazisində qeyri-həyat sığortası sahəsi üzrə fəaliyyətə lisenziyaya malik olan hüquqi şəxslər tərəfindən açıq səhmdar cəmiyyəti təşkilati hüquqi formasında bərabər səhmlərlə yaradılır və fəaliyyət göstərir.
Aqrar sığorta sistemi könüllü sığorta prinsipləri əsasında təşkil edilmişdir.
Aqrar Sığorta Fondu zərərdən mənfəətə keçibAqrar Sığorta Fondu zərərdən mənfəətə keçibAqrar Sığorta Fondu zərərdən mənfəətə keçibAqrar Sığorta Fondu zərərdən mənfəətə keçibAqrar Sığorta Fondu zərərdən mənfəətə keçibAqrar Sığorta Fondu zərərdən mənfəətə keçib

Banklar     Tarix: 07 iyul 2023

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların


iqtisadi xeberler bitkoin qiymeti en son xeberler dollar məzənnəsi dollar mezenne