"Aqrar Sığorta Fondunun ödənişləri ilin sonuna 8-9 milyon manata çata bilər"

Bu ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu fermerlərə 4,5 milyon manatdan çox ödəniş edib.
Bunu Fondun İdarə Heyətinin sədri Fuad Sadıqov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu dövrdə 13 milyon manatdan çox sığorta haqqı toplanıb: "Sığorta ödənişləri artır. Bu ödənişlər ötən ilin sonunda və bu ilin əvvəlində baş verən hadisələrlə bağlıdır. Hələ ölkədə pambıqçılıq mövsümü davam edir. Ölkədə taxıl yığımı bitir. Bu ilin ikinci rübündə baş verən hadisələrin tənzimlənməsi ilin ikinci yarısında olacaq. Bu ilin sonuna ödənişlərin 8-9 milyon manata çatacağı ehtimalını yaradır. İldən ilə fondun sığorta haqları artacaq".
F.Sadıqovun sözlərinə görə, artıq 5 ildir ki, Aqrar Sığorta Fondu fəaliyyət göstərir və bu sistem fermerlərin istifadəsinə təqdim edilib: "Dövlət sığorta haqlarının 50 %-ini maliyyələşdirir ki, bu da fermerlərin maliyyə dayanıqlığının və fəaliyyətlərinin davamlılığını təmin etmək məqsədi daşıyır. Aqrar sığorta xidmətləri artıq ölkə ərazisinin 96 %-ində əlçatandır. Ölkədə əkilən torpaq sahələrinin 1,7 milyon hektar olduğu halda, hər il onun 20 %-i sığortalanır. Bu, ölkə üzrə torpaq sahələrinin beşdə birinin sığorta ilə əhatə olunması deməkdir."
O əlavə edib ki, ən çox ödənişlər bitkiçilik sahəsinə edilir, ikinci yerdə heyvandarlıq sahəsi dayanır: "Ölkəmizdə əkin sahələrinin 50 %-dən çoxu taxılçılığa ayrılıb. Ümumi ödənişlərin strukturunda taxıl məhsulu daha çoxdur. Bu o demək deyil ki, bu belə davam edəcək. Meyvəçilik sahəsində isə xüsusilə bu ilin fevral-aprel aylarında müşahidə olunan hava şəraiti səbəbilə zərərlər artıb və bunun nəticəsində də sığorta ödənişlərinin meyvə istehsalçıları üçün də artacağı gözlənilir".
Qeyd edək ki, "Aqrar sığorta haqqında" Qanuna əsasən ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulub. Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. İdarəedici şirkət isə qeyri-həyat lisenziyasına malik olan sığorta şirkətləri tərəfindən təsis olunan və sığorta müqavilələrinin bağlanmasını təşkil edən müştərək sığortaçıdır. Aqrar sığorta müqaviləsi sığortalı və İdarəedici Qurum tərəfindən bağlanır. İdarəedici Qurum - Aqrar Sığorta Fondun adından aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən müştərək sığortaçıdır. İdarəedici qurum Azərbaycan Respublikası ərazisində qeyri-həyat sığortası sahəsi üzrə fəaliyyətə lisenziyaya malik olan hüquqi şəxslər tərəfindən açıq səhmdar cəmiyyəti təşkilati hüquqi formasında bərabər səhmlərlə yaradılır və fəaliyyət göstərir.
Aqrar Sığorta Fondu öz fəaliyyətində və idarəetmədə qabaqcıl korporativ idarəetmə standartlarını tətbiq edir. Fond müştərək sığortadan istifadə edərək investisiya risklərinin azalmasına və təsərrüfatların təhlükəsizliyini artırılmasına, istehsalın genişlənməsinə şərait yaradır. Aqrar sığorta sistemi könüllü sığorta prinsipləri əsasında təşkil edilib.
© "Report" 

Banklar     Tarix: 25 iyul 2025

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler dollar məzənnəsi valyuta kurslari valyuta xeberleri leobank kart