"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nin səhmdarlarının pay bölgüsü dəyişəcək
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olacaq.
Məlumata görə, buna səbəb səhmdarlardan birinin - "Bakı Sığorta" ASC-nin ləğv olunması və bu proses çərşivəsində müştərək müəssisədəki payının geri götürülməsidir.
Onun payının digər 6 səhmdara - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta" və "Azsığorta" ASC-lərə ötürülməsi nəzərdə tutulur. "Bakı Sığorta"nın payı bərabər şəkildə bölünərsə, digər səhmdarların hər birinin payı 14,29 %-dən 16,67 %-ə yüksələcək.
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" 2020-ci ildə yaradılıb, Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır, sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.
© "Report"

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Bitcoin necə işləyir?