Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) "Bakı Metro Genişlənməsi Layihəsi"nin birinci mərhələsi üzrə 180 milyon ABŞ dolları məbləğində suveren kreditin ayrılmasını təsdiqləyib.
Bu barədə Banka istinadən xəbər verilir. Məlumata görə, AIIB fevralın 6-da maliyyələşdirməni təsdiq edib.
Qeyd edilib ki, layihənin məqsədi Bakı metrosunun xidmət etibarlılığını artırmaq, texniki xidmətin səmərəliliyini yüksəltmək və əməliyyat təhlükəsizliyini gücləndirməklə yanaşı, gələcək metro genişlənməsinə şərait yaratmaqdır.
Layihə Dərnəgül və Xocəsən deposunun tikintisi və avadanlıqla təchizatını, bundan əlavə, Yaşıl xətt üzrə 10 mövcud stansiyada təhlükəsizlik, ekoloji və sosial göstəricilərin yaxşılaşdırılması nəzərdə tutur.
AIIB vurğulayıb ki, depoların yaradılması Bakı metrosunun inkişafı üçün əsas infrastruktur bazasıdır və bu, xüsusilə "May 28" stansiyasında Qırmızı və Yaşıl xətlərin ayrılması üçün kritik imkan yaradacaq.
Qeyd edək ki, layihə üzrə borcalan qismində Azərbaycan Maliyyə Nazirliyi çıxış edir, icraçı qurum isə "Bakı Metropoliteni" QSC-dir.
© APA / marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Swift nədir?
IMEI kod nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Startup nədir və necə olur?
Biznes nədir və hansı növləri var?