"Atəşgah" Sığorta Şirkəti iri bankla əməkdaşlığa başlayıb
"ABB-nin "ABB mobile" tətbiqi ilə "Atəşgah" Sığorta Şirkətinin birgə əməkdaşlığı zəminində KASKO sığorta məhsulunun istehlakçılara daha rahat çatdırılması təmin olunacaq".
Bu barədə Atəşgah" Sığortanın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, artıq "ABB mobile" istifadəçiləri "Atəşgah" Sığorta Şirkətinin KASKO sığorta məhsulunu bir neçə toxunuşla əldə edə biləcəklər.
KASKO sığorta məhsulu avtomobil sahiblərini yol-nəqliyyat hadisəsi, atılmış, yaxud düşmüş əşya, üçüncü şəxslərin qanunazidd hərəkətləri, oğurluq və s. zamanı dəymiş ziyanın maddi zərərindən azad edən mühüm bir məhsuldur. Nəzərinizə çatdırmaq istəyirik ki, son illərdə paytaxtda yaranan avtomobil sıxlığı nəticəsində qəzaların artması, kəskin dəyişən hava şəraiti nəticəsində avtomobillərin üzərinə sərt cismlərin, ağacların düşməsi və s. səbəblərdən vətəndaşlar arasında KASKO sığortaya olan tələbat artmışdır. Belə ki, "Atəşgah" Sığorta Şirkəti 2023-cü ilin cari ayına qədər 2 milyon 475 min 82,66 azn KASKO ödənişi həyata keçirmişdir. / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Françayzinq nədir və necə olur?
Dünyanın ən varlı 10 adamı
Bitcoin necə işləyir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Swift nədir?