"Atəşgah" Sığortanın loqosu yenilənib
"Atəşgah" Sığorta Şirkətləri Qrupu loqosunda dəyişikliklər edib.
Marja.az şirkət istinadən xəbər verir ki, loqoda Atəşgah məbədini simvolizə edən üçrəngli alov təsvirində və "Atəşgah Sığorta" yazılışı yenidən dizayn olunub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
"Tarixi əhəmiyyətli abidə olan Atəşgah məbədini simvolizə edən üçrəngli alov təsviri maliyyə bazarında parlaq, dinamik, fəal, ciddi, proqressiv və çevik fəaliyyət barədə ambisiyaları ifadə edir. Belə ki, alovda yer alan qırmızı rəng şövq və enerji, hədələrdən müdafiə və mübarizəni, narıncı rəng dinamiklik, səmimiyyət və fəallığı, sarı rəng proqressivlik və şəffaflığı bildirir",, - Şirkətin məlumatında bildirilir.
Qeyd edilib ki, Şirkətin missiyası "Ən yeni peşəkar biliklərə yiyələnməklə əhalini və biznesi etibarlı maliyyə müdafiəsi ilə təmin etmək", vizyonu isə "İnnovasiyalar sayəsində maliyyə sektorunda lider olaraq qalmaq, Azərbaycanın mədəni irsinin qorunub saxlanılması, ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə çalışmaq"dır.

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Françayzinq nədir və necə olur?
Dünyanın ən varlı 10 adamı
Bitcoin necə işləyir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Swift nədir?