Avropa bankı müsabiqəyə start verir - Azərbaycan da dəvət olunur

Avropa bankı müsabiqəyə start verir - Azərbaycan da dəvət olunurAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) başlanğıc mərhələdə olan innovativ aqrar müəssisələri dəstəkləmək məqsədilə AYİB-in sərmayə yatırdığı bütün ölkələrdən təqdimatları qəbul edərək "AgVenture" müsabiqəsinə start verir.
Bankın yaydığı məlumatda bildirilir ki, Müsabiqə qida təhlükəsizliyi, iqlim dəyişikliyi, hədəf qrupların və kiçik bizneslərin qlobal dəyər zəncirlərinə daxil edilməsi kimi qida sənayesindəki əsas problemləri həll etməyi hədəfləyir.
"Nəzərə alsaq ki, dünya əhalisinin 2012-ci ildə təxminən 7 milyarddan 2050-ci ildə 9,6 milyarda yüksələcəyi gözlənilir, ərzaq təhlükəsizliyi qlobal miqyasda ən aktual problemdir. Bundan əlavə, iqlim dəyişikliyi temperaturun artması ilə qida zəncirindəki bütün fəaliyyətlərə mənfi təsir göstərir, məsələn, kənd təsərrüfatı sahələrində su problemi artmağa davam edir.
AYİB innovativ məhsulların, xidmətlərin və texnologiyaların inkişafını daha da sürətləndirmək və qida istehsalını daha dayanıqlı, səmərəli və inklüziv etməklə bu problemlərin bəzilərini həll etmək istəyir",- məlumatda deyilir.
Qeyd edilib ki, qalib startaplar AYİB-in "Star Venture" proqramı vasitəsilə 80 000 avroya qədər olan xüsusi məsləhət dəstəyindən və əlavə xidmətlər, əməkdaşlıqlar və beynəlxalq forumlarda tanınma imkanları üçün 10 000 avro qrantdan faydalanacaqlar.
AYİB-in mövcud və potensial müştəriləri də qabaqcıl texnologiyaları dəstəkləməklə və ya korporativ vençur kapitalı kimi maliyyə ilə təminatı həyata keçirməklə startap sektorunda daha fəal rol almağa təşviq ediləcəklər.
Qeyd edilib ki, müsabiqəyə onlayn tədbir zamanı start verilib. İnvestorları gələcək iştirakçılarla əlaqələndirmək məqsədi daşıyan bu tədbir zamanı məruzəçilər tərəfindən qida sənayesi və aqrar sahələrdə agro-texnoloji startaplarda axtarılan kriteriyaları elan edilib. Tədbirdə "Fresh Start" qida-texnoloji inkubatorunun baş direktoru Noga Sela-Şalev və panel iştirakçıları Yan Kobler, "South Central Ventures" şirkətinin idarəedici partnyoru, Robin Saluoks, "eAgronom" şirkətinin baş direktoru və Mikol Çiesa Çörçill, Planet Fondunun İqlim Elmləri üzrə partnyoru və rəhbəri iştirak ediblər.
Qalib startaplar aprel ayının sonunda elan olunacaq.
Məlumat üçün qeyd edək ki, AYİB 1991-ci ildən bəri açıq bazar yönümlü iqtisadiyyatlara keçidi və sahibkarlıq təşəbbüsünü təşviq etmək üçün üç qitədə 6500-dən çox layihəyə 180 milyard avrodan çox sərmayə qoyub. / marja.az

Banklar     Tarix: 03 fevral 2023

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler bank faizleri rubl mezenne emlak xeberleri en son xeberler