Avropa İnvestisiya Bankı Ukraynaya 55 milyon avro ayırıb
Avropa İnvestisiya Bankı (AİB) Ukraynaya 55 milyon avro ayırıb.
Bu barədə Avropa İttifaqının (Aİ) Ukraynadakı Nümayəndəliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Avropa İnvestisiya Bankı (AİB) Ukraynanın Bərpası Proqramı çərçivəsində 2025-ci ildə və ondan sonrakı illərdə xəstəxanaların, sosial mənzillərin, təhsil müəssisələrinin, istilik, su və tullantı sistemlərinin və digər mühüm sosial infrastrukturların yenidən qurulması üçün 55 milyon avro vəsait ayırıb.
Qeyd edilib ki, bu maliyyə vəsaiti AİB-nin Ukrayna Bərpa Paketi çərçivəsində Avropa Komissiyası ilə yaxın əməkdaşlıqda hazırlanan Ukraynaya dəstək paketinin bir hissəsidir və Avropa İttifaqının Ukraynanın bərpasına dayanıqlı dəstəyini vurğulayır. / banker.az

Enerji xərclərinizi "Unibank"la azaldın
TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Bitkoin bahalaşıb - SON QİYMƏT
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznes plan necə yazılır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
"Freelance" nədir?
Evdə biznes qurmağın yolları