Avropa Mərkəzi Bankı dayanmadı - FAİZLƏRİNİ DAHA DA ARTIRDI
Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcələrini 0,25 bənd artırmağa qərar verib.
Marja xəbər verir ki, Bank depozit faiz dərəcəsini 4 faizə,pul siyasəti dərəcəsini 4,50 faizə, gecəlik borclanma faizini 4,75 faizə yüksəldib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların gözləntiləri faiz dərəcələrinin sabit qalacağı idi.
Qərarın mətnində sərt pul siyasətinin davam edəcəyi barədə siqnallar diqqəti çəkir. Mətndə inflyasiyanın uzun müddət yüksək qalacağı qeyd edilib.
Bank 2023-cü il üçün inflyasiya proqnozunu 5,4 faizdən 5,6 faizə yüksəldib; 2024-cü il üçün gözləntisini isə 3 faizdən 3,2 faizə qaldırıb. 2025-ci il üçün inflyasiya gözləntisi 2,1 faiz olaraq müəyyən edilib.
ECB Avrozona üçün 2023-cü il üçün iqtisadi artım proqnozunu 0,9 faizdən 0,7 faizə endirib. 2024-cü il üçün artım gözləntiləri 1,5 faizdən 1 faizə düşüb.
Qərardan sonra Avro ucuzlaşıb. Bakı vaxtı ilə saat 16:40-da Avro/Dollar məzənnəsi 0,5% geriləmə ilə 1,0670 avro səviyyəsində ticarət olunub. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
ZARA-nın uğur hekayəsi
Az pulla hansı işi qurmaq olar?
McDonalds haqqında maraqlı faktlar
Swift nədir?