Azər Türk Bank BMT-nin Qlobal Sazişinə qoşuldu
(®) Dövlət bankı Azər Türk Bank cari ilin 4 noyabr tarixindən etibarən davamlı inkişaf və sosial məsuliyyət sahəsində ən böyük beynəlxalq təşəbbüslərdən biri olan Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşulub.
Bu təşəbbüsə imza atmaqla Bank ekoloji, sosial məsuliyyət, korporativ idarəetmə sahəsində beynəlxalq səviyyədə qəbul edilmiş standartlara sadiq qaldığını bir daha təsdiqləyir.
BMT Qlobal Sazişi hazırda 160-dan çox ölkədən 20 000-dən artıq təşkilatın iştirak etdiyi böyük beynəlxalq təşəbbüsdür. Bu sazişin əsas qayəsi üzv təşkilatların strategiya və fəaliyyətlərini insan hüquqları, əmək standartları, şəffaflıq, ətraf mühitin qorunması və "Dayanıqlı İnkişaf üçün "2030 Gündəliyi" ilə bağlı beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə uyğunlaşdırmaqdır.
Bu addım Azər Türk Bankın BMT Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişafın 17 əsas məqsədinə və BMT-nin Qlobal Sazişinin 10 əsas prinsipinə dəstəyinin göstəricisidir.
Qeyd edək ki, Bank öz fəaliyyətində bu prinsipləri rəhbər tutaraq davamlı olaraq sosial və ətraf mühitə müsbət təsiri olan əhəmiyyətli işlər görür, tədbirlər həyata keçirir. / marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Biznes plan necə yazılır?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Necə Bitcoin almaq olar?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?