Azər-Türk Bank hər ay orta hesabla 1 milyon manatdan çox xalis mənfəət əldə edib
Dövlət bankı Azər Türk Bankın 01 oktyabr 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% artaraq 1,8 milyard manat səviyyəsində olmuş, kredit portfelinin həcmi isə 787,6 milyon manat təşkil etmişdir.
Marja.az xəbər verir ki. bu,Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, Bankın gəlirləri 18% artaraq, 125,3 milyon manat, xərcləri 115,9 milyon manat səviyyəsində olmuşdur. 2025-ci ilin doqquz ayında Azər-Türk Bank 9,3 milyon manat həcmində xalis mənfəət əldə etmişdir.
Bankın məcmu kapitalının həcminə gəldikdə isə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15% artımla 110,5 milyon manat olmuşdur.
Hesabat dövrü ərzində Bankın depozit portfelinin həcmi 1,2 milyard manat təşkil etmişdir ki, bu da ötənilki göstəricidən 28% çoxdur. Cari ilin üçüncü rübünün sonuna cəmi bank öhdəliklərinin həcmi 1,7 milyard manat səviyyəsində olmuşdur.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.






Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Necə Bitcoin almaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyada ən çox oxunan 5 kitab
McDonalds haqqında maraqlı faktlar