Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər®Dövlət bankı Azər Türk Bankın nümayəndə heyəti ABŞ-nin Mayami şəhərində SWIFT tərəfindən təşkil olunmuş "SIBOS 2026" sərgi-konfransında iştirak edib. "Süni intellektə əsaslanan iqtisadiyyatlarda rəqəmsal maliyyə" builki tədbirin əsas mövzusu olub.
Tədbir çərçivəsində Bankın nümayəndələri JP Morgan, Citi Bank, Bank of New York Mellon (BNY), Mizuho Bank, Standard Chartered, SWIFT və 20-dək digər qlobal və regional maliyyə institutu və şirkətin nümayəndələri ilə görüşlər keçiriblər. Görüşlərdə əsas diqqət müxbir əlaqələrin genişləndirilməsi, mövcud tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və qorunub saxlanılması, eləcə də qarşılıqlı biznes imkanlarının genişləndirilməsi və beynəlxalq hesablaşmaların inkişafına yönəldilib.
SIBOS 2026 çərçivəsində SOCAR-ın səlahiyyətli nümayəndələri Azər Türk Bankın beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə bir sıra görüşlərində birbaşa iştirak etmiş, innovativ texnologiyaların tətbiqi və dayanıqlı maliyyələşdirmə imkanları barədə birgə müzakirələr aparılmışdır.
1978-ci ildə ilk dəfə Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) tərəfindən bank əməliyyatları seminarı kimi təşkil olunan tədbir qlobal maliyyə ictimaiyyəti üçün müxtəlif istiqamətlərdə müzakirələrin aparılması və qarşılıqlı əməkdaşlıqların qurulması baxımından əsas biznes forumuna çevrilib.
Azər Türk Bankın SIBOS 2026-da iştirakı qlobal maliyyə icması ilə açıq dialoqa və qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinə sadiqliyini göstərir. Bu istiqamətdə əməkdaşlığın inkişafı Bankın beynəlxalq maliyyə mühitində mövqeyinin daha da möhkəmləndirilməsinə və yeni biznes imkanlarının yaradılmasına xidmət edir.
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər/ banker.az

Banklar     Tarix: 08 oktyabr 2026

Oxşar xəbərlər

"Bank Respublika"nın səhm qiymətləri artırılır

"Bank Respublika" ASC nizamnamə kapitalını təxminən 39,55 mln manat və ya 19,7% artıraraq 240,30 mln manata çatdıracaq. xəbər verir ki, qərar bankın səhmdarlarının 24 sentyabr 2026-cı ildə keçirilmiş növbəti ümum

Birbank "Adı ilə böyüsün" layihəsi ilə bank sektorunda ilkə imza atıb

Birbank yeni doğulan uşaqların adına ağac əkilməsi təşəbbüsü ilə maliyyə sektorunda daha bir ilkə imza atıb. Belə ki, "Adı ilə böyüsün" layihəsi çərçivəsində uşağın anadan olmasına görə bankdan müavinət alan valideynlərə ağacı

Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb

Azərbaycanda ev təsərrüfatlarına verilmiş kreditlərin həcmi artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten 08/2026" hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin avqust ayının sonunda bankla

İKZF-nin strukturunda dəyişiklik edilib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF)Xəzinədarlıq departamentinin adı dəyişdirilərək Aktivlərin idarə olunması departamenti adlandırılıb. xəbər verir ki, departamentə İlhamə Hacıağa qızı İsabalayeva rəhbərlik edir. O

Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®

Son dövrlərdə mənzil maliyyələşdirilməsinə tələbatın davam etməsi Rabitəbankın ipoteka kredit portfelinin dinamikasında da əksini tapıb. Bankın bu istiqamət üzrə ümumi kredit portfeli 200  milyon manatı ötüb. Bankın yaydığ

Aqrar sektora verilən kreditlər azalıb - 8 ayda 72 milyon manat geriləmə

Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorlarına verilmiş kreditlərin ümumi həcmi 2026-cı ilin avqustunun sonunda 520,8 milyon manat təşkil edib. Mərkəzi Bankın statistik məlumatlarına istinadə

"Fitch Ratings": Azərbaycanın bank sektoru artıq narahatlıq doğurmur

Azərbaycanın bank sektoru son illər dayanıqlılığını əhəmiyyətli dərəcədə artırıb və xarici mənfi təsirlərə həssaslığını xeyli azaldıb. Bunu "Fitch Ratings"in Şərqi Avropa üzrə suveren reytinqlər qrupunun rəhbəri

"AccessBank" UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətrafl

Mərkəzi Bankın inzibati binasının texniki xidməti 3 milyon manata başa gələcək

Mərkəzi Bank inzibati binasının texniki xidmətinə 3 milyon manata yaxın vəsait ayırır. xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 167 ünvanında yerləşən inzibat


iqtisadi xeberler dollar kursu pul qazanmaq bu gunun xeberleri bitkoin almaq