Azər Türk Bank ölkədənkənar köçürmələr üzrə tarifləri endirdi
®Dövlət bankı Azər Türk Bank korporativ müştərilərin "ATB Business" internet bankçılıq vasitəsilə icra olunan xarici valyuta köçürmə əməliyyatları üzrə tariflərin endirilməsi və müştərilərin əlavə xərclərdən azad olunması barədə qərar vermişdir. Belə ki, xarici valyutada olan köçürmələr üzrə komissiya haqqının həm faiz, həm də minimal və maksimal həddi əsaslı şəkildə endirilmiş, bu növ əməliyyatların icrası zamanı müxbir bankların xərclərini Azər Türk Bank öz üzərinə götürmüşdür.
Beləliklə, 01 fevral 2023-cü il tarixindən etibarən korporativ müştərilərin SWIFT sistemi üzərindən "OUR" xidmət haqqı formatında icra olunan xarici valyuta köçürmələri üzrə tarif 0.25% (min. 30 USD/EUR/GBP, maks. 400 USD/EUR/GBP) səviyyəsində müəyyən edilmişdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. / banker.az

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu
Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR
Azərbaycanın Gürcüstana investisiyası 48% artıb
Azərbaycanda ən az əmanət qoyulan bank - MƏLUM OLDU
SMM nə deməkdir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın ən bahalı restoranları
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznes nədir və hansı növləri var?