Azər Türk Bank ölkədənkənar köçürmələr üzrə tarifləri endirdi
(®) Dövlət bankı Azər Türk Bank korporativ müştərilərin "ATB Business" internet bankçılıq vasitəsilə icra olunan xarici valyuta köçürmə əməliyyatları üzrə tariflərin endirilməsi və müştərilərin əlavə xərclərdən azad olunması barədə qərar vermişdir.
Belə ki, xarici valyutada olan köçürmələr üzrə komissiya haqqının həm faiz, həm də minimal və maksimal həddi əsaslı şəkildə endirilmiş, bu növ əməliyyatların icrası zamanı müxbir bankların xərclərini Azər Türk Bank öz üzərinə götürmüşdür.
Beləliklə, 01 fevral 2023-cü il tarixindən etibarən korporativ müştərilərin SWIFT sistemi üzərindən "OUR" xidmət haqqı formatında icra olunan xarici valyuta köçürmələri üzrə tarif 0,25% (min. 30 USD/EUR/GBP, maks. 400 USD/EUR/GBP) səviyyəsində müəyyən edilmişdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. / marja.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Onlayn biznes ideyaları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Startup nədir və necə olur?