Azər Türk Bank və "Visa" beynəlxalq təşkilatı arasında əməkdaşlıq Memorandumu imzalanıb
®Dövlət bankı Azər Türk Bank və "Visa" Beynəlxalq Ödəniş Sistemi arasında rəqəmsal maliyyə infrastrukturunun daha da inkişaf etdirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Memorandum imzalanıb.
Memoranduma əsasən tərəflər mobil ödənişlər, rəqəmsal pul kisələri, tokenləşdirmə və müasir autentifikasiya texnologiyaları daxil olmaqla, onlayn əməliyyatları dəstəkləmək üçün güclü rəqəmsal ödəniş infrastrukturunun inkişafına öz töhfələrini verəcəklər.
Həmçinin təşkilatlar elektron ticarətə dəstək məqsədilə ölkədə istehlakçılar üçün onlayn alış-veriş təcrübəsini təkmilləşdirərək e-ticarət platformaları üçün qüsursuz, təhlükəsiz ödəniş həllərinin tətbiqini davam etdirəcəklər.
Eləcə də sənəddə KOB nümayəndələrinin həm oflayn, həm də onlayn ticarətdə iştiraklarını qurmağa və genişləndirməyə kömək etmək üçün yeni həllərin hazırlanması və onlara müxtəlif ödəniş üsullarından istifadənin təşviqini həyata keçirmək və cari vəziyyətin qiymətləndirilməsi üzrə təhlillərin aparılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Azər Türk Bank tərəfindən istifadəyə verilən və Visa Cloud texnologiyasına əsaslanan Mobil POS həlli bu istiqamətdə atılan real addımlardan biridir.
Elektron əməliyyatların təhlükəsizliyini təmin etmək üçün qabaqcıl təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi və saxtakarlığın dərhal aşkarlanması mexanizmlərinin tətbiqi də gündəmdə duran məsələ kimi qeyd edilmişdir.
Memorandumda Azər Türk Bank və Visa təşkilatının qarşılıqlı tərəfdaşlığı ilə rəqəmsal maliyyənin inkişafı üçün bir sıra digər mühüm istiqamətlər də yer almışdır.
Sənədə əsasən Visa beynəlxalq təşkilatının rəqəmsal bankçılığın inkişafı istiqamətində ərsəyə gətirdiyi yeni həllər tətbiq üçün ilkin olaraq Azər Türk Banka təqdim ediləcəkdir.
Qeyd edək ki, bundan əlavə, Azər Türk Bank dünya üzrə 500 milyona yaxın biznes tərəfdaşı olan, qlobal miqyasda ödənişlər etməyə, token ödənişlərini emal etməyə, həssas kart məlumatlarını saxlamağa və taksit ödənişləri icra etməyə imkan verən Visa CyberSource e-ticarət platformasının da ölkədə ilk partnyor Bankıdır. Həmçinin, Azərbaycan Mərkəzi Bankından qanunvericiliyin tələbinə uyğun müvafiq lisenziyaları əldə edən elektron pul təşkilatları və ödəniş təşkilatları ilə Azər Türk Bank innovativ həllərə əsaslanan səmərəli əməkdaşlıq üçün mühüm addımlar atılmışdır. / banker.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10