Azər Türk Bankdan istehlak kreditləri üzrə yeni kampaniya
®Azər Türk Bank 01 noyabr 2022-ci il tarixindən etibarən istehlak kreditləri üzrə yeni kampaniyaya start verir.
Kampaniya ərzində rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 13%-dən başlayır.
Həmçinin 24, 36, 48 ay müddətinədək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq 13.5%, 15%, 16% səviyyəsində müəyyən edilmişdir.
Hər bir şəxs, özünün orta aylıq xalis gəlirindən asılı olaraq, 30 000 manatadək kredit əldə edə bilər. Təminatsız verilən kreditin maksimum məbləği 15 000 manatdır.
Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.
Kampaniya 30 noyabr 2022-ci il tarixinədək davam edəcəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. / banker.az

Expressbankın bu filialları bayram günləri xidmətinizdədir – 26,27 mart
ADB ötən il Azərbaycanda layihələrə 39 mln. dollardan çox vəsait ayırıb
Azərbaycandan keçməklə Ermənistana 350 ton buğda göndərilib
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
Müharibənin genişlənməsi fonunda enerji və maliyyə bazarında böhran daha da dərinləşə bilər
Proqramçılar üçün TOP-5 Freelance sayt
CV hazırlayarkən buraxılan 5 səhv
Elon Musk kimdir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Necə Bitcoin almaq olar?