Azər Türk Bankdan müştərilər üçün sərfəli atb premium kartı
®Dövlət bankı Azər Türk Bank müştərilərinə yeni məhsul – atb premium kartı təklif edir. Mastercard world black edition olaraq təqdim olunan bu kartlar 3 il müddətinədək rəsmiləşdirilə bilər. Üç illik xidmət haqqı 300 manat səviyyəsində müəyyənləşdirilmişdir.
Xüsusilə səyahətlər üçün çox əlverişli olan atb premium kartı əhəmiyyətli üstünlüklərə malikdir. Belə ki, kart sahibi və onun ailəsi üçün 115 000 avro məbləğinədək səyahət sığortasına təminat verilir. Bundan əlavə 24/7 konsyerj xidməti göstərilir və hava limanlarının «business LoungeKey» zallarına ödənişsiz giriş imkanı əldə edilir.
Bundan əlavə, atb premium kart sahibləri xaricdə hotel rezervasiyası zamanı qiymətin 60% həcmində güzəşt və alış-veriş zamanı cashback qazanırlar. Bu kart vasitəsilə ölkə daxilində də endirimlərdən faydalanmaq mümkündür.
atb premium kartına sahib olmaq istəyən şəxslər Bankın internet səhifəsində online qaydada sifariş verə bilərlər.
Qeyd edək ki, karta 15 000 AZN/USD/EUR/GBP məbləğində ilkin mədaxil edildikdə atb premium kartı müştəriyə 3 il müddətinə Bank tərəfindən hədiyyə edilir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Fond birjası nədir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Biznes qurmaq istəyənlərə 10 məsləhət