"Azərbaycan balı dünya bazarında hələ yerini tapmayıb"

Azərbaycanın bal ixrac etmək üçün potensialı böyük olsa da, balımız dünya bazarında hələ yerini tapmayıb.
Bunu açıqlamasında "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin sədri Bədrəddin Həsrətov bildirib.
Onun sözlərinə görə, ötən il ölkədə tələbatdan təxminən 2 min ton çox - 8 min ton arıçılıq məhsulları, o cümlədən bal istehsal edilsə də, artıq qalmış məhsulları xarici ölkələrə satmaq mümkün olmayıb: "Odur ki, Azərbaycan balının xarici bazarlarda tanıdılması üçün kompleks tədbirlərin görülməsinə ehtiyac var. Bal ixracı təşviq edilməli, hədəf ölkələr müəyyənləşdirilməli, balımız beynəlxalq sərgilərdə tanıdılmalıdır. Bu isə ancaq dövlət qurumlarının dəstəyi ilə ola bilər. Hal-hazırda Birləşmiş Ərəb Əmirliklərində və digər ərəb ölkələrində balın 1 kiloqramı 100 ABŞ dollarına satılır. Azərbaycan balı təbiiliyinə və keyfiyyətinə görə dünyada ən yaxşılardandır. Onun ixracı təşviq edilsə, ölkəyə valyuta gətirən məhsul ola bilər".
Bundan başqa, Assosiasiya sədri təklif edib ki, Azərbaycana bal idxalı məhdudlaşdırılsın: "Xaricdən keyfiyyətsiz məhsullar bazara daxil olur. Bununla bağlı biz aidiyyəti qurumlara məktub hazırlayırıq. Dekabrın 22-də Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə görüşdük, mağazalarda satılan saxta ballarla bağlı müzakirələr apardıq. Bu yaxınlarda agentlik ticarət şəbəkələrində satılan 9 istehsalçıya məxsus 27 bal məhsulunun partiyasında uyğunsuzluqlar müəyyən edib".
B.Həsrətovun sözlərinə görə, 2024-cü ildə olduğu kimi, 2025-ci ildə də Azərbaycanda arıçılıq məhsullarının istehsal həcmi bol olacaq: "Bir neçə ildir ki, arıçılıq təsərrüfatları Qarabağa köçürülür. Ötən il 200 min arı ailəsi köçürülüb. Bu da məhsuldarlığa müsbət təsir göstərir. Bu ərazilərə köçürülən arı ailələrin sayı ilbəil artır. Sevindirici haldır ki, artıq Qarabağda arıçılar öz mağazalarını açırlar".
O, arıçılıqdakı problemlərə də diqqət çəkib: "Arılarda bir sıra xəstəliklər var, onlardan ən kəskini gənədir. Ötən mövsümün sonunda isti ölkələrdə geniş yayılan "Phytoptus avellanae" adlanan gənə ölkədə yayılıb. Onlar arı balaları ilə qidalanır, sürətlə çoxalır. Bizim üçün böyük problemdir. Bunun yayılmasının qarşısını almaq üçün arıçılarla mütəmadi görüşlər keçiririk. Mübarizə tədbirləri, problemin həll yolları müzakirə edilir".
Assosiasiya sədri vurğulayıb ki, "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"na əsasən arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 manat subsidiya verilir: "Bu proses 2023-cü ilə qədər davam edib. Ana arılarda cırlaşma getdiyinə görə, damazlıq-seleksiya işi məhdud olduğuna görə bu təsərrüfatlara subsidiyaların verilməsi təklif etmişik. Cins və məhsuldar ana arıların alışı üçün subsidiyanın verilməsi ilə bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüşmüşük, bu məsələni qaldırmışıq. Biz bilirik ki, bu məsələnin üzərində hazırda iş aparılır".
© "Report"

Maliyyə     Tarix: 24 yanvar 2025

Oxşar xəbərlər

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa


iqtisadi xeberler bitkoin almaq bitcoin qiymeti 1000 manatla biznes avtomobil xeberleri