Azərbaycan bankı 100 milyon manata yaxın xalis mənfəət açıqladı – 50% ARTIB

Azərbaycan bankı 100 milyon manata yaxın xalis mənfəət açıqladı – 50% ARTIBAzərbaycanın iri korporativ bankı olan "PAŞA Bank" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 97 milyon 106 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 64 milyon 844 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə "PAŞA Bank" ASC-nin xalis mənfəəti 31 milyon 262 min manat və ya 49,7% artıb.
Marja.az xəbər verir ki, "PAŞA Bank"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 40,3% artaraq 204 milyon 552 min manat, qeyri-faiz gəlirləri isə 18,9% artaraq 92 milyon 808 min manat təşkil edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
"PAŞA Bank" əməliyyat mənfəəti 31,8% artaraq 123 milyon 532 min manat olub.
"PAŞA Bank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 1,8% azalaraq 30 iyun 2023-cü il tarixində 8 milyard 377 milyon 653 min manat təşkil edib. Aktivlərin geriləməsi nağd pul vəsaitlərinin azalması ilə əlaqədardır. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 0,6% artaraq 2 milyard 744 milyon 294 min manata yüksəlib. 
"PAŞA Bank"ın qiymətli kağızlara investisiyaları 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 39,4% artaraq 2 milyard 433 milyon 944 min manata, digər banklardakı depozitləri isə 135% (2,4 dəfə) artaarq 1 milyard 393 milyon 248 min manata çatıb.
"PAŞA Bank"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 4% azalaraq 6 milyard 725 milyon 547 min manata düşüb. O cümlədən, fiziki şəxslərin depozitləri 8,7% artaraq 1 milyard 705 milyon 904 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 7,6% azalaraq 5 milyard 19 miylon 643 min manata enib.
30 İyun 2023-cü il tarixində "PAŞA Bank" 694 milyon 972 min manat məcmu kapitala malik olub.
Azərbaycan bankı 100 milyon manata yaxın xalis mənfəət açıqladı – 50% ARTIBAzərbaycan bankı 100 milyon manata yaxın xalis mənfəət açıqladı – 50% ARTIBAzərbaycan bankı 100 milyon manata yaxın xalis mənfəət açıqladı – 50% ARTIB

Banklar     Tarix: 17 iyul 2023

Oxşar xəbərlər

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler en son xeberler biznes xeberleri bitkoin almaq valyuta kurslari