Azərbaycan Banklar Assosiasiyasında növbədənkənar iclas keçirilib
13 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilmişdir.
ABA-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, iclas zamanı 6 fevral tarixində qardaş Türkiyə Respublikasında çoxsaylı insan tələfatına və dağıntılara səbəb olmuş zəlzələnin nəticələrinin aradan qaldırılmasına ABA üzvləri tərəfindən əlavə dəstək göstərilməsi növbəti dəfə müzakirə edilmişdir.
Müzakirələr zamanı, ABA üzvlər tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fonda (Afet ve Acil Durum – AFAD) ianələr edilməsinə başlandığı qeyd edilərək, bütün üzvlərin bu prosesə qoşulmasının vacibliyi vurğulanmışdır. İclasın sonunda ölkəmizin bank icmasının qardaş Türkiyə xalqına hər zaman dəstək olmağa hazır olduğu bəyan edilmiş və ABA üzvləri tərəfindən AFAD-ın hesabına ianələr edilməsi barədə yekdilliklə qərar qəbul edilmişdir.
Qeyd edilib ki, 8 fevral 2023-cü il tarixində ABA Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə, bank icması, baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən AFAD-a ölkə bankları vasitəsilə ianələr şəklində dəstək göstərilərkən bank komissiyalarının tutulmayacağı qərara alınmışdır.
Əlavə olaraq qeyd edək ki, ABA-ya üzvü olan "Ziraat Bank Azərbaycan" ASC və "YapıKrediBank Azərbaycan" ASC tərəfindən AFAD-da müvafiq hesab açılmışdır.
Azərbaycan bank icması bütün dövrlərdə Azərbaycan xalqı və dövləti kimi qardaş Türkiyə Respublikasının yanındadır, onların sevinci sevincimiz, kədəri kədərimizdir.
"Dağıdıcı zəlzələ nəticəsində həyatını itirmiş bacı və qardaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik!".- məlumatda bildirilir. / marja.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
"Freelance" nədir?
Ev şəraitində pul qazanmağın yolları
Necə Bitcoin almaq olar?
Bitcoin necə işləyir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt