Azərbaycan Banklar Assosiasiyasında təyinatlar

Azərbaycan Banklar Assosiasiyasında təyinatlarABA-nın "İnsan resurslarının idarə olunması Ekspert Qrupu"na yeni sədr təsdiqlənib.
Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin 30 mart 2023-cü il tarixində keçirilmiş iclasında "İnsan resurslarının idarə olunması Ekspert Qrupu"na sədr vəzifəsinə "Kapital Bank" ASC-nin Performansın idarə edilməsi Departamentinin direktoru Aygün Musayevanın namizədliyi təsdiqlənmişdir.
Aygün Musayeva Azərbaycan Dövlət İqtisad Universitetinini bakalavr, Qafqaz Universitetini magistr dərəcəsini bitirib, Boğaziçi Universiteti "MBA" fakültəsinin məzunudur.
Aygün Musayeva karyerasına 2013-cü ildən "Bank of Baku" ASC-də başlamış, 2015-ci ildən karyerasını "Kapital Bank" ASC-də davam etdirərək 2023-ci ildən etibarən həmin bankın Performansın idarə edilməsi Departamentinin direktoru vəzifəsinə təyin edilmişdir. "CIPD Level 5 Diploma in People Management" sertifikatına sahibdir.
***
ABA-nın yeni yaranmış "Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu"na sədr təsdiqlənib.
Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin 30 mart 2023-cü il tarixində keçirilmiş iclasında yeni yaranmış "Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu"na sədr vəzifəsinə "Kapital Bank" ASC-nin Hüquq Departamentinin direktoru Ələkbər İsmayılzadə təyin edilmişdir.
Ələkbər İsmayılzadə Bakı Dövlət Universitetini bakalavr və magistr dərəcəsi üzrə bitirmiş, habelə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" ixtisası üzrə təhsil almışdır.
Ələkbər İsmayılzadə karyerasına 2005-ci ildən Azərbaycan Respublikası Mərkəzi Bankında başlamış, 2017-ci ildən karyerasını "Kapital Bank" ASC-də davam etdirərək bankın Hüquq Departamentinin direktoru vəzifəsinə kimi yüksəlmişdir.
***
ABA-nın "Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu"na yeni sədr təsdiqlənib.
Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin 30 mart 2023-cü il tarixində keçirilmiş iclasında "Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu"na sədr vəzifəsinə "Ziraat Bank Azərbaycan" ASC-nin Xəzinədarlıq və Beynəlxalq Bankçılıq Departamentinin Direktoru Hikmət Cəfərovun namizədliyi təsdiqlənmişdir.
Karyerasına 2007-ci ildən "Bakı Fond Birjası"nda başlayan Hikmət Cəfərov, 2009-cu ildə "Yapı Kredi Bank Azərbaycan" QSC-də çalışmış, 2017-ci ildə bu bankın Xəzinədarlıq və Müxbir bankçılıq Departamentinin Direktor Müavini vəzifəsinə kimi yüksəlmişdir. 2019-cu ildən "Ziraat Bank Azərbaycan" ASC-də Xəzinədarlıq və Maliyyə Qurumları Departamentinin Direktoru olmuş, 2021-ci ildən isə həmin bankın Xəzinədarlıq və Beynəlxalq Bankçılıq Departamentinin Direktoru vəzifəsində çalışır.
Hikmət Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər" fakültəsinin məzunudur.
***
ABA-nın "İT və İT təhlükəsizlik Ekspert Qrupu"na yeni sədr təsdiqlənib.
Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin 30 mart 2023-cü il tarixində keçirilmiş iclasında "İT və İT təhlükəsizlik Ekspert Qrupu"na sədr vəzifəsinə "PAŞA Bank"ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilovun namizədliyi təsdiqlənmişdir.
Vüsal Xəlilov İT və rəqəmsallaşma sahəsində 15 ildən artıq təcrübəyə malikdir. Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat fakültəsi"nin magistr dərəcəsini bitirən və "Oracle" şirkətinin "OCM" sertifikatının sahibi olan Vüsal Xəlilov, ADA Univesitetinin "MBA" proqramının da məzunudur.
Vüsal Xəlilov 2016-ci ildən "Azercell Telekom", 2018-ci ildən isə "PAŞA Bank"da məhsul və xidmətlərin yaradılması və rəqəmsal mühəndislik bölməsi kimi strateji funksiyalara rəhbərlik edib. 2021-ci ildən "PAŞA Bank"ın Texnologiya blokunun baş direktoru vəzifəsində çalışmaqdadır.
Xatırladaq ki, ABA-nın nəzdində bank-maliyyə sektorunun müxtəlif istiqamətlərini əhatə edən 14 Ekspert Qrupu fəaliyyət göstərir. / banker.az

Banklar     Tarix: 03 aprel 2023

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler valyuta mezennesi bu gunun xeberleri dollar kursu online pul qazanmaq