Azərbaycan bankları kreditləşmədə davranış modellərindən istifadə edəcəklər

Azərbaycan bankları kreditləşmədə davranış modellərindən istifadə edəcəklərAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 21 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişikliklər edib.
Banker.az xəbər verir ki, AMB sədri Taleh Kazımovun imzaladığı qərara əsasən, bundan sonra banklar kreditin verilməsində davranış modellərindən istifadə edəcək. Həmin modellər əsasında borcalanın proqnozlaşdırılmış gəlir məlumatları müəyyən edilə və həmin məlumatlar borcalanın ödəmə qabiliyyətinin hesablanması zamanı nəzərə alına bilər.
Davranış modelinin hazırlanmasını və təkmilləşdirilməsini bankın risklərin idarə edilməsi funksiyasına daxil olmayan ayrıca struktur bölməsi həyata keçirəcək.
Davranış modelinin xarici validasiyasını beynəlxalq audit standartlarına uyğun auditi həyata keçirən audit şirkətləri və ya bu sahədə ixtisaslaşmış şirkətlər həyata keçirəcək. Davranış modelinin validasiyasına cəlb edilən audit şirkəti və ya ixtisaslaşmış şirkət modellərin validasiyası üzrə azı 3 illik iş təcrübəsinə malik olmalı və modellərin validasiyası üzrə iştirak etdiyi layihələr barədə məlumatı banka təqdim etməlidir.
Daxili və xarici validasiyası həyata keçirilmiş davranış modelini İdarə Heyəti və Riskləri İdarəetmə Komitəsi ilə razılaşdırıldıqdan sonra Müşahidə Şurası təsdiq edir. Davranış modeli təsdiq edildikdən sonra onun bankdaxili kommunikasiyası təmin edilir və növbəti 5 iş günü ərzində xarici validasiyanın nəticələri ilə birlikdə AMB-yə təqdim edilir.
AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Banklar     Tarix: 26 dekabr 2024

Oxşar xəbərlər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler valyuta mezennesi 1000 manatla biznes bitcoin qiymeti dollarin kursu bu gun