Azərbaycan banklarının aktivləri yanvarda azalıb, xalis mənfəəti yüksəlib

Azərbaycan banklarının aktivləri yanvarda azalıb, xalis mənfəəti yüksəlibAzərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 2025-ci ilin yanvarında son bir ayda 0.3 faiz azalaraq 56.9 milyard manat təşkil edib. Öncəki ayda bu rəqəm 57.1 mlrd. manat idi.
Sektorun cəmi öhdəlikləri 49.5 milyard manat, balans kapitalı isə 7.4 milyard manat olub.
Bank sektorunun kredit portfeli 30 milyard manata yaxınlaşıb. Kreditlərin 53.2%-i və ya 15.9 milyard manatı biznes kreditlərinin payına düşür. İstehlak kreditləri 9.4 milyard manatla portfelin 31.4%-ni, ipoteka kreditləri isə 4.6 milyard manatla 15.4%-ni təşkil edir.
Öhdəliklərin strukturunda əsas pay yenə də depozitlərə məxsusdur. Depozit portfeli 36.8 milyard manat olmaqla, cəmi öhdəliklərin 74.3%-ni təşkil edir. Bunun 20.5 milyard manatı hüquqi şəxslərin, 16.3 milyard manatı isə fiziki şəxslərin depozitləridir.
Fiziki şəxslərin əmanətlərinin 11.1 milyard manatı milli valyutada, 5.2 milyard manatı isə xarici valyutadadır. Əmanət portfelinin 10.5 milyard manatı müddətli əmanətlərdən ibarətdir. Yanvar ayında fiziki şəxslərin müddətli əmanətləri 159.9 milyon manat və ya 1.6% artıb.
2026-cı ilin yanvarında bank sektoru üzrə unikal müddətli əmanətçilərin sayı 2,939 nəfər və ya 1.5% artaraq 197.1 min nəfərə çatıb.
Hüquqi şəxslərin tələbli depozitləri 15.1 milyard manat olub və bu, onların ümumi depozit portfelinin 73.7%-ni təşkil edib.
Hesabat ayında bank sektoru 155 milyon manat əməliyyat mənfəəti, 80.1 milyon manat isə xalis mənfəət əldə edib. Öncəki ilin müqvafiq dövründə müvafiq olaraq 122.5 mln. və 71 mln. manat idi. Yanvar ayı ərzində banklar tərəfindən 32.5 milyon manat məbləğində mənfəət vergisi ödənilib. / banker.az

Banklar     Tarix: 26 fevral 2026

Oxşar xəbərlər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler dollar manat kursu investisiya bitkoin qiymeti dollar məzənnəsi