Azərbaycan bazarına yeni Pakistan bankları daxil ola bilər
Pakistan Milli Bankı Bakıdakı filialını bağlasa da, digər Pakistan banklarının Azərbaycan bazarına marağı var və onlar burada filial açmaqla bağlı danışıqlar aparır.
Bunu açıqlamasında Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhattin deyib.
Bundan başqa, onun sözlərinə görə, iki ölkə sığorta sahəsində də əməkdaşlıq edə bilər: "Azərbaycan və Pakistanın sığortaçılar assosiasiyaları arasında danışıqlar gedir. Onlar Anlaşma Memarandumu imzalaya və əməkdaşlıq edə bilər. Sığorta xidmət sektorunun böyük hissəsini təşkil edir. Dekabrda bununla bağlı görüşün keçirilməsi planlaşdırılır".
"Pakistanın lizinq şirkətləri də Azərbaycanda fəaliyyətə maraq göstərir. Bununla bağlı görüşlər isə gələn ilin fevral ayına nəzərdə tutulub", – deyə Xurram Javaid Bhattin əlavə edib.
Xatırladaq ki, hazırda Azərbaycanda Pakistanın "MCB Bank"ının törəməsi – "MCB" QSC bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyət göstərir. Pakistan Milli Bankı isə Azərbaycan bazarını tərk etməyə bu ilin oktyabr ayında qərar verib. / banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Biznes qurmaq üçün nə lazımdır?
Françayzinq nədir və necə olur?
Fond birjası nədir?
Biznes nədir?
İKEA şirkətinin tarixi