Azərbaycan istehsalçısının pivə ixracı 255% artıb

Azərbaycan istehsalçısının pivə ixracı 255% artıb2024-cü ildə "Carlsberg Azerbaijan" şirkətinin pivə ixracı pozitiv dinamika nümayiş etdirərək 2023-cü il ilə müqayisədə 255% artıb.
Marja xəbər verir ki, bunu "Carlsberg Azerbaijan"ın Baş Direktoru Alius Antulis bildirib.
Azərbaycan istehsalçısının pivə ixracı 255% artıbAlius Antulis  qeyd edib ki, "Carlsberg Azerbaijan" 2024-cü ildə istehlakçılar tərəfindən müsbət qarşılanan yeni pivə növlərini təqdim edib. Şirkətin flaqman brendi Xırdalan, keçən ilə nisbətən 20.1% artım nümayiş etdirib. Əsas artım amilləri arasında Xırdalan Draft Premium, Xırdalan 0.0 və sərt pivə seqmentindəki yeni məhsullar yer alıb.
Xüsusi diqqət Carlsberg Group-un innovativ texnologiyası ilə Azərbaycanda istehsal olunan ilk 0.0 alkoqollu pivə Xırdalan 0.0-ın təqdim olunmasına yönəlib. Bu məhsul, Azərbaycan Milli Futbol Komandasının və "Küləyə qalib gəl" şüarı ilə keçirilən Bakı Marafonunun rəsmi tərəfdaşı olub.
Carlsberg, futbol matçlarının yayımlandığı EGP Arenadakı Football Fan Fest platforması ilə uğurla əməkdaşlıq edərək satış həcminin 26.8% artmasına töhfə verib. Kronenbourg 1664 Blanc, uğurlu marketinq strategiyaları və yüksək mövsümdəki tərəfdaşlıqlar sayəsində 2023-cü il ilə müqayisədə satış həcmini təxminən ikiqat artıraraq 96.6% rekord nəticələr əldə edib. Brend, həmçinin Qəbələdəki Essenso Lavanda Festivalını və ilin ən önəmli tədbirlərindən biri olan Bakı Moda Həftəsini də dəstəkləyib. Tuborg, DreamFest 2024 beynəlxalq musiqi festivalının rəsmi tərəfdaşı oldu və satış həcmini 15.2% artırıb.
"Carlsberg Azerbaijan" pivə istehsalı zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir. Şirkətdə təxminən 250 nəfər işləyir və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyaların ümumi məbləği 75 milyon manata yaxındır. Şirkətin portfelinə "Xırdalan", "Carlsberg", "Tuborg", "Kronenbourg Blanc 1664", "Əfsanə" kimi məşhur markalar daxildir.
Həmçinin oxu
"Carlsberg Azerbaijan" 2024-cü il üzrə güclü biznes nəticələri və rekord vergi ödənişi açıqladı
Azərbaycan istehsalçısının pivə ixracı 255% artıb/ marja.az

Maliyyə     Tarix: 07 fevral 2025

Oxşar xəbərlər

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa


iqtisadi xeberler bitkoin almaq bitcoin qiymeti 1000 manatla biznes avtomobil xeberleri